yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Lapşinin intihara cəhd etməsinin səbəbi açıqlandı

Lapşinin intihara cəhd etməsinin səbəbi açıqlandı
11-09-2017, 15:56 51 896 dəfə baxılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bloqer Aleksandr Lapşinin təcridxanada intihar etməsi barədə açıqlama yayıb.

Rəsmi məlumatda qeyd edilib ki, Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib.

Belə ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib.

İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və A.Lapşinə lazımi tibbi yardım göstərilib.

11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcəkdir.

***

A.Lapşin hadisədən sonra dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Hazırda A.Lapşinin səhhəti normaldır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sebebi, Lapshinin, etmesinin, intihara, cehd, achiqlandi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ