SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » YAP-da toplantı: Əli Abbasov, Elnur Aslanov və Aslan Aslanovun üzvlüyü müzakirəyə çıxarılır

YAP-da toplantı: Əli Abbasov, Elnur Aslanov və Aslan Aslanovun üzvlüyü müzakirəyə çıxarılır

Tarix:

3-02-2017, 00:08

/ 2 346 dəfə oxundu.
YAP-da toplantı: Əli Abbasov, Elnur Aslanov və Aslan Aslanovun üzvlüyü müzakirəyə çıxarılır

Yeni Azərbaycan Partiyasının yaxın günlərdə qapalı toplantısı keçiriləcəyi və mühüm qərarlar veriləcəyi gözlənilir

Gecə saatlarında sızan məlumata görə, hakim partiyanın gündəliyində keçmiş rabitə naziri Əli Abbasovla sabiq PA rəsmisi Elnur Aslanovun Siyasi Şuradan çıxarılması müzakirə edilə bilər.

Mənbənin qeydlərinə görə, MTN işi üzrə vəzifəsindən azad edilmiş sabiq nazir və Gülən məsələsi ilə əlaqədar qovulmuş sabiq PA rəsmisi barədə partiyada müzakirələr aparılacağı deyilir.

Həmçinin, Şəmkirin keçmiş icra hakimi Aslan Aslanovun da Siyasi Şura üzvlüyü məsələsinə baxıla bilər. Məlumat gecə saatlarında gəldiyinə görə dəqiqləşdirmək imkanı olmadı.

Gözlənilir ki, yaxın vaxtlarda hakim partiyada müzakirələr başlansın. Amma hansı qərarlar veriləcəyi bəlli deyil. Hazırda hakim partiyanın Siyasi Şurasında təmsil olunan bu eks-məmurlar zamanında müxtəlif cinayətlərdə ittiham olunublar.

Belə ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov və keçmiş rabitə naziri Əli Abbasov Siyasi Şuranın üzvləri olaraq qalırlar.

Maraqlıdır ki, hakimiyyətin komandasından qovulmuş bu şəxslər nəinki hakim partiya sıralarından xaric edilməyib, Siyasi Şuranın üzvləridirlər.

Məlumata görə, hazırda hakim partiyanın Siyasi Şurasında təmsil olunan bu eks-məmurlar zamanında müxtəlif cinayətlərdə ittiham olunublar.

Belə ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov və keçmiş rabitə naziri Əli Abbasov Siyasi Şuranın üzvləri olaraq qalırlar.

Maraqlıdır ki, hakimiyyətin komandasından qovulmuş bu şəxslər nəinki hakim partiya sıralarından xaric edilməyib, Siyasi Şuranın üzvləridirlər.

Hər halda iqtidarda olan partiyanın sözügedən üç sabiq məmuru üzvlüyündə saxlaması müəmmalıdır. Çünki onlar heç də adi səbəblərdən vəzifələrindən azad olunmayıb.

Şərhlər

XƏBƏR LENTİ