yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Lapşin özünü öldürmək istəyib” - Əli Həsənov

“Lapşin özünü öldürmək istəyib” - Əli Həsənov
11-09-2017, 12:30 53 898 dəfə baxılıb
yüklənir...

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması haqqında imzaladığı sərəncamı şərh edib.
Ə. Həsənovun sözlərinə görə, sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.
Əli Həsənov onu da bildirib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu. Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir.
Əli Həsənov qeyd edib ki, cənab Prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur. Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Lapshin, isteyib, ozunu, Hesenov, Eli, oldurmek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ