yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

MTN generalı məhkəmədə: "Sən çox ləyaqətsiz işlər görmüşdün"

MTN generalı məhkəmədə:
8-09-2017, 15:04 107 366 dəfə baxılıb
yüklənir...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə intihar etmiş MTN polkovniki Malik Mustafayevin epizodu üzrə qızı Aysel Mustafayeva ifadə verib.

O bildirib ki, əmisi həbs ediləndən sonra atasına təzyiqlər olub: "Atam çox normal insan idi. İntihar edəcək bir adam deyildi. Əmim tutulan zaman ona təzyiqlər oldu. Evdə bizə heç nə demirdi. Məsələlərdən nə mənim nə də qardaşının xəbəri olmurdu. Onu bilirəm ki, çox gərgin idi ".

İntihar edən polkovnikin qızı atasının məhz niyə intihar etməsindən xəbərsiz olduğunu deyib: "Sadəcə o, bu vəziyyəti qəbul edə bilmirdi. İşdən də sərəncama götürmüşdülər".

Daha sonra şahid qismində Elçin Quliyevin 8 il MTN-də köməkçisi olmuş Rüstəm Rüstəmov dindirilib. O bildirib ki, 8 il məzuniyyətsiz gecə gündüz Elçin Quliyevin yanında olub: "Rəisin həmin illər ərzində kiməsə hədə qorxu gəldiyini, qışqırdığını görməmişəm. Malik Mustafayevlə də münasibəti çox yaxşı idi. Malik Mustafayevin bir dəfə qəbulda olduğunu görmüşəm. Çox normal şəkildə ordan ayrılıb".

Elçin Quliyevin suallarına cavab verən Rüstəm Rüstəmov bildirib ki, ATM-də İlqar Əliyevin özünün dəsti xətti vardı: "Bəzi məsələlər vardı ki, Elçin Quliyevin ondan xəbəri olmurdu. O söhbət onun otağına gedib çatmırdı".

Zərərçəkən Mətləb Mustafeyev də qeyd edib ki, İlqar Əliyev o idarədə Elçin Quliyevi saymırdı.

Elçin Quliyevlə zərərçəkən arasında gərginlik yaşanıb.

Sabiq MTN generalı Mətləb Mustafayevin həbs olunmasından danışıb: "Sən çox ləyaqətsiz işlər görmüşdün. Özün yaxşı bilirsən. Səninlə bağlı MTN-ə ərizə yazmışdılar. Lazımdısa burda açıqlayım".

Hakim tərəfləri sakitləşdirib.

Daha sonra hal şahidi qismində Rahib Hümmətov dindirilib.

O bildirib ki, həmin vaxt Nəsimi rayon "JEK"də çalışıb: "Ərazidə abadlıq işləri görürdük. Birdən qara rəngli avtomobil bizə yaxınlaşdı. Xidməti vəsiqəsini göstərdi. Baxdım MTN əməkdaşlarıdır. Bizə dedilər buraya yaxın bir evdə axtarış aparılacaq. Bizə hal şahidi olmağı təklif etdilər. Biz də razılaşdıq. Daha sonra avtomobilə minib həmin mənzilə getdik. Mənzildən tapança, daraq və iki güllə tapıldı".

Daha sonra şahid qismində ləğv edilən MTN- in Müvəqqəti Saxlama Təcridxanasının rəisi Zaur Bənnayev də dindirilib.

O bildirib ki, Mətləb Mustafayevi tək nəfərlik kameraya salıblar: "Bir dəfə səhhəti pisləşdi. Həkim dəvət etdik. Müayinə elədi. Sonra Poliklinikanın rəhbəri Məzahir Qurbanov gəldi, aparat gətirmişdi. Sabiq nazirin göstərişi olmuşdu. Mətləb olan vaxtı ora ATM rəis müavini İlqar Əliyev də gəlmişdi. Mənim otağımda görüşdülər".

Prosesdə zərərçəkmiş Mətləb Mustafayev hakimdən çıxış üçün söz istəyib. O bildirib ki, Elçin Quliyev öz ağzı ilə deyib ki, 2014-cü ilin noyabrın 1-də Malik Mustafayev onun yanında cəmi 2 dəqiqə olub: "Bununla bağlı biz sorğu verdik. DTX-dan verdiyimiz sorğuda cavab verildi ki, Malik Mustafayev həmin gün Hilal Əsədovun razılığı ilə 13:04-də MTN-in Antiterror Mərkəzinə daxil olub, 15:44-də oranı tərk edib. Yəni 2 saat 40 dəqiqə orda olub. Maliklə Elçin Quliyevin son görüşü Mübariz Hüseynovun xidməti otağında cəmi 20-30 dəqiqə çəkib. Bəs burda sual yaranır ki, Malik Mustafayev 2 saat harada olub? Başqa kimin yanında olub? Həmin gün o, İlqar Əliyev və Elçin Quliyevin yanında olub. Elçin Quliyevin xidməti otağında qardaşımı sorğu-sual edib. İlqar Əliyev qardaşımdan müstəntiq Elşən Murtuzovun təyin etdiyi vəkil Vaqif Məmmədovdan imtina edildiyini və vəkil Eldəniz Alxazla müqavilə bağlamağının hansı səbəbdən olduğunu soruşub. Qardaşım Malik ona bildirib ki, bu ailə üzvlərinin istəyi ilə olub. Bu zaman İlqar Əliyev həmin qohumun telefonunu istəyib və ondan Malikin doğru danışıb-danışmamağını soruşub. Yaxın qohumu da vəkillə müqavilə bağlamasında kömək etdiyini deyib. Onlar Malik Mustafayevə mənlə bağlı təzyiq göstəriblər. Malik onunla razılaşmayıb. Daha sonra Elçin Quliyev qardaşıma bildirib ki, həftənin birinci günü gəlib, sənədlərlə tanış olarsan, qardaşını başa salarsan".

Elçin Quliyev zərərçəkmişin yalan danışdığını deyib: "Bu ittihamların hamısı qərəzli, əsassız və absurddur".

General həmçinin prokurora da etirazını bildirib.

Qeyd edib ki, şahidlərə və zərərçəkənlərə sual verən zaman prokuror etiraz edir: "Nə sual verirəm deyir ki, yönəldici suallar verirsən".

Prosesdə daha sonra şahid qismində bir neçə DTX-da çalışan xüsusi əməliyyatçıları ifadə verib.

Məhkəmə prosesi sentyabrın 22- də davam edəcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chox, gormushdun, ishler, mehkemede, Sen, MTN, generali, leyaqetsiz
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ