yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Belə çıxır ki, prezident "fındıqbaş” üçün nekroloq imzalayıb?” - Millət vəkilindən sərt təpki

“Belə çıxır ki, prezident
8-09-2017, 13:04 92 261 dəfə baxılıb

"Lütfi Zadəyə "fındıqbaş” demək küçə adamı məntiqindən başqa bir şey deyil”.

Bu sözləri açıqlamasında millət vəkili Fazil Mustafa Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin görkəmli alim Lütfi Zadə haqqında səsləndirdiyi ifadələrə münasibət bildirərkən deyib. O bildirib ki, mərhum alimə qiyməti ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva verib:

"Lütfi Zadəyə verilən dəyəri bilmək üçün prezidentin və birinci vitse-prezidentin imzaladığı nekroloqa baxmaq lazımdır. Belə çıxır ki, onlar "fındıqbaş” üçün nekroloq imzalayıblar? Azərbaycanın ən böyük, dəyərli alimlərindən biri olan şəxs haqqında prezident, birinci vitse-prezident, dövlət xadimləri bu qədər yüksək fikirlər səsləndirdiyi halda, kimsə onun haqqında belə ifadələr işlədirsə, bu, anormallıqdan başqa bir şey deyil. Bunun izahını tapa bilmirəm. Bu nə ifadədir? Açığı mən inanmıram ki, o, bu ifadəni işlədib. Əgər işlədibsə, o zaman o, həqiqətən də harada olduğunu, nə işlə məşğul olduğunu anlamır. Bunun başqa adı yoxdur. Dövlət səviyyəsində bu adama qiymət verilib, prezident nekroloq imzalayıb. Bunları da qırağa qoyuram. Bir alimə, dünyanı heyrətləndirmiş bir dahiyə "fındıqbaş” demək küçə adamı məntiqindən başqa bir şey deyil. Şeir yazan, ədəbiyyatdan başı çıxan bir adamın bunu dediyinə şübhə ilə yanaşıram. Amma çox üzüldüm. Çox böyük qəbahət və biabırçılıqdır. Bu biabırçılığa görə də bu adamların məsuliyyət daşıması vacibdir. Pis örnəkdir. Sən kimisə sevməyə, qəbul etməyə bilərsən. Amma, heç azərbaycanlı olmasa belə, bir alimə qarşı belə ifadə işlətmək həqiqətən də heç bir tərbiyə çərçivəsinə sığmayan məsələdir”.

Deputat əlavə edib ki, Lütfi Zadənin Fəxri Xiyabanda dəfn olunmalıdır: "O, Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Əgər kimsə Azərbaycanda dəfn olunmağı vəsiyyət edirsə, bu, yerinə yetirilməlidir. Buna şərh vermək belə doğru deyil. Fəxri Xiyabanda onun dəfni üçün yer ayrılmalıdır”.

F. Mustafa alimin vəsiyyətinə qeyri-adekvat reaksiya verənlərə də cavab verib: "Lütfi Zadə Azərbaycan əleyhinə nəsə bir kəlmə deyibmi? Əksinə, azərbaycanlı alimlərlə kontakt qurub, ABŞ-da Azərbaycan diasporunun fəxri sədrliyini götürüb üzərinə. Bu adam nə etməliydi? Mitinqə çıxıb "Qarabağ bizimdir” deyə qışqırmalı deyildi ki… Onun kimi böyük bir alim çıxıb küçədə Azərbaycan davası aparmalıydı? Elə onun mövcudluğu, adının qarşısında azərbaycanlı yazılması da bizim üçün bir brenddir. Ona görə də Fəxri Xiyabanda dəfn olunmalıdır”.

BakuPost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sert, Millet, imzalayib, , vekilinden, chixir, prezident, uchun, Bele, nekroloq, findiqbash, ki, tepki
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ