SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədovun adı keçən korrupsiya qalmaqalında daha bir sensasion ad

Ziya Məmmədovun adı keçən korrupsiya qalmaqalında daha bir sensasion ad

Tarix:

7-09-2017, 09:58

/ 39 378 dəfə oxundu.
Ziya Məmmədovun adı keçən korrupsiya qalmaqalında daha bir sensasion ad

Stokholm bölgə məhkəməsində azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Kanadanın “Bombardier” nəqliyyat şirkətinin İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlovun məhkəməsi davam edir. Avqustun 21-də başlamış dinləmələrin 10 gün davam edəcəyi deyilsə də, proses uzanıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, araşdırmaya səbəb “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.
Pavlovun vəkilləri bildirirlər ki, o və “Bombardier” şirkətinin bir neçə top-menecerinə qarşı Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Lakin Pavlov özü bütün ittihamları rədd edir.
Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.
Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.
İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.
Müqaviləyə əsasən Azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib. Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşrinin araşdırmasına görə, siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan həmin “Multiserv Overseas” şirkətinin ilk direktoru Yuri Obodovski olub. Obodovski Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Aleksey Krapivinin əsas biznes partnyorlarından biridir. Rusiya mətbuatı yazır ki, sabiq nazirin də adı bu korrupsiya qalmaqalında artıq hallanmağa başlayıb.
“The Globe and Mail” nəşri məhkəmədən əvvəldə yazmışdı ki, korrupsiya sövdələşmələrində Putinin yaxını kimi tanınmış Yakuninin də adı var. İndi məlum olur ki, xarici mediada yazılanlar əbəs deyilmiş və Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. Yakuninin adı xidməti kitabçadan çıxıb. Xidməti kitabçada yazılanlardan belə aydın olur ki, Yakunin “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədə mühüm rol oynayıb. “Yakunin həm Rusiyanın, həm keçmiş SSRİ dəmir yolu sistemində əsas fiqurantlardan biri olub” deyə, Rusiya KİV-ləri yazır.
10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri hər zaman isti olub. Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilib.
Daha bir sabiq nazirin adının bu rüşvət və korrupsiya qalmaqalında hallanması o deməkdir ki, İsveç prokurorluğu bu işin sona çatmasına nail olacaq. Z.Məmmədovun daha bir sabiq naziri bəlaya saldığını isə artıq şübhə yoxdur...

“YM”

Şərhlər

XƏBƏR LENTİ