yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Artur Rasizadə kimləri yola salır? - Siyahı

Artur Rasizadə kimləri yola salır? - Siyahı
30-08-2017, 11:03 139 117 dəfə baxılıb

Nazirlər Kabinetində həyata keçirilən ciddi ixtisarların və 8 şöbə müdirinin vəzifəsini itirməsinin detalları məlum olub.

Əldə etdiyimiz məlumata görə, dövlət başçısının məlum Fərmanı ilə NK-nin strukturunda aparılan islahatların mahiyyəti mobilliyi və çevikliyin təmin olunması ilə bağlıdır. Belə ki, hökumət aparatında bir-birinin fəaliyyətini təkrar edən şöbələrin ixtisara salınması və ya birləşdiriləməsi həyata keçirilir.

Fərmana əsasən, NK-nin humanitar və sosial şöbələri birləşdirilərək bundan sonra Humanitar – Sosial adlanacaq. Rabitə və Nəqliyyat şöbəsi Tikinti – Kommunikasiya şöbəsi ilə birləşdirilib.

Daha sonra Xarici iqtisadi əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi ilə birləşdirilərək Beynəlxalq Əlaqələr şöbəsi adlandırılacaq. NK-nin ən böyük və bir neçə sahəni əhatə edən Ümumi şöbəsi ləğv edilərək Sənədlərlə, Vətəndaşların müraciəti üzrə iş şöbəsi yaradılır.

Məlumata görə ləğv olunan və birləşdirilən şöbələrdə artıq ştatların hamısı aradan qaldırılacaq, ixtisarlar həyata keçiriləcək.

İxtisarların şöbə müdirləri ilə yanaşı baş nazirin müavinlərinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Lakin baş nazirin müavini vəzifəsinə təyinat və ya azadetmə prezidentin səlahiyyətinə aid olduğu üçün sözügedən ixtisarların hələ ki, onlara şamil olması gözlənilmir.

“Qafqazinfo"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Artur, yola, Siyahi, Rasizade, salir, , kimleri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ