yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağacan Abıyevin “qulaqburması” özünə qarşı çevrilə bilərmi...

Ağacan Abıyevin “qulaqburması” özünə qarşı çevrilə bilərmi...
18-08-2017, 15:59 140 722 dəfə baxılıb

Milli Məclisin İntizam komissiyasının sədri, Ağacan Abıyev ölkə.az-a açıqlamasında deyib ki, Astan deputat Şahverdiyevə yenə “qulaqburması” veriləcək.

“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”-deyə A.Abıyev bildirib

Məsələ ilə bağlı keçmiş deputat, hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlama verib.

O bildirib ki, Ağacan müəllimin “qulaqburması” ifadəsini başqa mənada başa düşmək lazım deyil.

“O, bu sözlə Astan Şahverdiyevin etdiyi hərəkətlərinə irad bildirmək istəyib. Sadəcə olara xalq dilində deyib. Ağacan müəllim demək istəyib ki, Astan Şahverdiyevin etdiyi hərəkətlərinə görə məzəmmət edəcəyik.

Burada qəbahət birsöz yoxdur. Ağacan müəllim Milli Məclisin ən yaşlı deputatlarından biridir, həmçinin İntizam Komissiyasının sədridir. Onun bu cür fikirlər işlətməsi qəbahət deyil. Hər kəs onun fikri ilə bağlı fərqli bir mövqe sərgiləyə bilər”.

Ə. Nuriyev qeyd edib ki, bu, normal haldır.

“Mən hesab edirəm ki, “qulaqburması” sözündə kiminsə xətrinə dəyəcək, şəxsiyyətinə toxunulkacaq birşey yoxdur. Bizdə hər zaman yaşlı insanlar bir adam səhv iş görən zaman deyirlər ki, ona qulaqburması veriləcək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qarshi, Agacan, chevrile, Abiyevin, bilermi, ozune, qulaqburmasi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ