yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Eldar Mahmudov Nizami Şirinovu icra başçısının yanına 25 hektar torpağın alınması üçün göndərmişdi" - Keçmiş MTN əməkdaşı

18-08-2017, 15:06 141 548 dəfə baxılıb
yüklənir...

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə
Elçin Quliyev çıxış edib. O, heç kimdən pul almadığını deyib: "Mən iclas başlayanda dedim ki, proses qapalı olsun və çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Proses bitən kimi saytlar burada olanların hamısını yazırlar. Burada kiminsə marağı var.
Elə başa düşülür ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb. Bu, düzgün deyil. Bizim şəxsiyyətimiz aşağılanır. Mən prezidentə sadiqəm və onun uğrunda ölməyə hazıram. Maqsud Mahmudovdan, ya da siqaret satandan pul almağa ehtiyacım olmayıb. Əlimdə nazirlik olub. Pul lazım olsaydı rahatlıqla ala bilərdim. Bu ittihamları mənə necə yapışdırırsınız?”

Proses avqustun 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

***

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Ələkbər Heydərovun epizodu üzrə şahid qismində, keçmiş MTN əməkdaşı Emin Abbasov ifadə verib.
O bildirib ki, pulu intihar etmiş İlqar Əliyev Ələkbər Heydərovdan alıb: "Eldar Mahmudov Nizami Şirinovu icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına 25 hektar torpağın alınması üçün göndərmişdi".
Onun sözlərinə görə, Nizami Şirinov da icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına gedib. Bu zaman Nizami Şirinov onu saxta sənədlərlə bağlı təhdid edib: "Gülağa müəllim də Eldar Mahmudova zəng edib ki, "bu səviyyəsizi niyə göndərmisən?" Ələkbər Heydərovdan 300 min pulu İlqar Əliyev alıb. Bu işdə Elçin Quliyevin xəbəri yoxdur".
Zərərçəkmiş Ələkbər Heydərov qeyd edib ki, onu oğlunun həbs olunacağı ilə hədələyiblər.
Təqsirləndirilən E.Quliyev şahidi tanımadığını, bu məsələlərdən xəbərsiz olduğunu deyib: "Heç kəsdən pul almamışam, heç kəsə də göstəriş verməmişəm. Mən pul alsaydım siqaret satan şəxsdən almazdım".
Proses avqustun 22-də davam etdiriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , yanina, Nizami, Shirinovu, emekdashi, 25, Kechmish, Eldar, hektar, Mahmudov, uchun, alinmasi, icra, bashchisinin, gondermishdi, MTN, torpagin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ