yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tağı Əhmədovun dövlətə vurduğu daha bir ziyan... - "Sahil" metrosu ilə bağlı təhlükə

Tağı Əhmədovun dövlətə vurduğu daha bir ziyan... -
11-08-2017, 09:55 138 858 dəfə baxılıb

Artıq yarım əsrdir ki, “Bakı Metropliteni” sərnişinlərin xidmətindədir. Yubley ilində bir neçə stansiya təmirə bağlandı. "Xalqlar dostluğu" metrostansiyasının təmir prosesi yekunlaşıb. Metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyalarında da görülən işlər yekunlaşmaq üzrədir. Metronun infrastrukturuna görə ən mürəkkəb stansiyalaırndan biri də “Nizami” stansiyasıdır. Metrostansiyanın təmir prosesi yaxın vaxtlarda- sentyabrda yekunlaşacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, "Nizami" metrostansiyasında 18 pano var və onun təmiri kifayət qədər vaxt aparır.

"Nizami" metrostansiyasında bütün hissələrdə təmir aparılıb: “Bu təmir prosesi bir ildən də artıq vaxt tələb edirdi. Hazırda görülən işlər plana uyğun həyata keçirilir”. Bu günlərdə isə “Sahil” metrostansiyasının təmirə bağlanacağı ilə bağlı məlumat yayılıb. Rəsmi təsdiqini tapan məlumatda qeyd olunub ki, stansiya bu ayın 20-sindən etibarən bir illik təmirə bağlanacaq. Maraqlı məqam da elə bu bir il məsələsidir. Uzun müddətdir ki, “Bakı Metropoliteni”nin xətləri, çökmə ehtimalı haqda fikirlər səngimək bilmir.

“Sahil” stansiyasının bir illik təmirə bağlanması da narahatlıq yaratmaya bilməz. Təmir müddəti nə az, nə çox 1 il davam edəcək. Bir il heç də az müddət deyil. Bu müddətdə aparılacaq təmir prosesi “Bakı Metroploiteni”nin tarixində görünməyən bir hadisədir. Hətta dizayn və strukturuna görə daha mürəkkəb hesab edilən “Nizami” metrostansiyasının təmiri bir neçə ay öncə başlansa da, artıq yekunlaşmaq üzrədir. Düzdür, “Bakı Metroploiteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, eskalatorların istifadə müddəti bitib, yenilənməlidir. Ancaq bəzi dairələrdə “Sahil” stansiyasını çökmə təhlükəsinin fözlədiyi barədə də danışırlar.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyir ki, baş verə biləcək təhlükəni önləmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir: “Beş ildir car çəkirəm ki, təhlükəni önləmək üçün tədbirlər görülsün. İllərdir deyirəm ki, yeraltı sular, metro xəttinin yerüstü hissəsinin yüklənməsi “Sahil” stansiyası üçün təhlükə mənbəyinə çevrilib. Neçə dəfələrlə demişəm ki, qədim abidələr silkələnir, orada çatlar yaranır”.

Z.Budaqova “Bakı Metroploiteni” QSC-nin açıqlamasına da münasibət bildirib: “Əlbəttə, onlar deməyəcəklər ki belə bir təhlükə var. Yeraltı suların, gil təbəqəsinin qalxması əsl təhlükədir. Hətta ehtimal edərdim ki, “Sahil” metrostansiyası xətti bağlana bilər”.

Z.Budaqovanın sözlərinə görə təhlükədən qaçmaq üçün yeganə çıxış yolu xəttin bağlanılmasıdır: “Metrostansiya gil təbəqəsinin üstündədir. 7 min kürəlik gil təbəqəsi var. Yeraltı suların qalxması gil təbəqəsinin yumşalması, sürüşməsinə səbəb ola bilər. Düşünürəm ki, bu xəttin bağlanılması daha məsləhətldir”.

Z.Budaqovanın “Sahil” metrostansiyası üzərində yerləşən binada da təhlükə ola biləcəyini söyləyir. Onun sözlərinə görə, metro xətti üzərində tikilən binanın sökülmə ehtimalı var: “Almanların layihəsi olan həmin bina sakinlərinin köçürülməsi planlaşdırılır. Hansı arxitektor bu layihəyə qol çəkmişdi? Nə əsasla belə bir layihəyə qol çəkmək olar? Bunu anlaya bilmirəm. Bakının baş arxitektrou hara baxır?”

Z.Budaqova digər metrostansiya xətlərinin də çökmə ehtimalından danışıb: “ “Nizami” metrostansiyasından “İnşaatçılar” istiqamətinə gedən yeraltı yolda qədim qəbiristanlıq var. Oradakı qəbirlər səs-küyə səbəb olub. “İnşaatçılar” metrostansiyanın əsasının qoyulmasında nə qədər fəhlə, inşaatçılar iştirak edib. Onlar bu stansiyanın tikintisində gecə-gündüz iştirak etdiyi üçün stansiyanın adı “İnşaatçılar” qoyulub. Bilmirəm ölən olub- olmayıb, ola bilər ki, bu məlumatlar gizli saxlanılsın. “Nizami” stansiyasının əsas fəlakəti budur. O zamanlar respublikanın əsas mərkəzləri ermənilərin əlində idi. “İçərişəhər” və “Sahil” stansiyalarının layihəsində ermənilər canfəşanlıq etmişdilər. Məqsəd də ən qədim abidələrin yerləşdiyi bu məkanların sökülməsi idi. “Sahil” metrostansiyası bağlansa, “İçərişəhər” stansiyası da fəaliyyətini dayandırmalıdır. Hələ o zaman da bu fikiri irəli sürmüşdüm ki, həmin stansiyadan yeraltı muzey kimi istifadə edilsin”.

Z.Budaqovanın sözlərinə görə, Azərbaycanın heç yerdə görülməyən abidələri, qazıntılar zamanı aşkaralanan maddi nümunələri bu muzeylərdə nümayiş etdirmək olar: “Təəssüflər olsun ki, muzeyləri restoranlara, şadlıq saraylarına çevirirlər”.

Z.Budaqovanın “Sahil” metrostansiyası haqqında səsləndirdiyi fikirlərə “Bakı Metroploiteni”ni QSC-nin mətbuat katibi Nəsimi Paşayev kəskin münasibət bildirib: “Hər danışanın sözünə münasibət bildirmək məcburiyyətindəyikmi? Onlar nə memarıdır? Yəqin evdə “spiçka” qutusundan nəsə düzəldən memarlardır. O memarın adını açıqlamağa belə ehtiyac yoxdur. Yəqin ki, onun metro işinə yaxından, uzaqdan belə əlaqəsi yoxdur. Nəinki “Sahil”, ümumiyyətlə heç bir stansiyada təhlükə yoxdur. Bu, uşaq oyuncağı deyil. Gün ərzində 100 minlərlə sərnişin Bakı Metropolitenindən istifadə edir. Heç kim sərnişinlərin həyatını təhlükəyə atmır”.

Cebhe.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: daha, Sahil, dovlete, , tehluke, bir, vurdugu, Tagi, ile, metrosu, Ehmedovun, ziyan, bagli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ