SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” - Çovdarov

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” - Çovdarov

Tarix:

16-01-2017, 19:35

/ 2 758 dəfə oxundu.
“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” - Çovdarov

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

xalqxeber.az-ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Bələdiyyələr epizodu” üzrə şahidlər dindirilib.

A.Çovdarovun qohumu Natiq Hümbətov deyib ki, bələdiyyə sədri İlham Xəlilov generalın yaxın dostu olub və tez-tez onun evinə gedib gəlib: “Akif müəllim həbs ediləndən sonra İlham mənə dedi ki, guya, ona 60 min manat borcu olub və sənədləşmə mənim adıma aparılır. Həmin sənədi istədi, xəbərim olmadığını dedim”.

Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, notarius həmin sənədi təkzib edib.

A.Çovdarovun kürəkəni Rövşən Qasımov ifadə verərək İ.Xəlilovdan torpaq aldığını deyib: “Amma bu işə Akif Çovdarovun heç bir aidiyyatı olmayıb, təzyiq filan olmayıb. Hamısı yalandır. Akif müəllim həbs ediləndən sonar İlham sənədləri istədi, mən də verdim”.

Digər zərərçəkən, bələdiyyə sədri Elman Salmanov İ.Xəlilovun ondan A.Çovdarova vermək adı ilə 16 min manat aldığını deyib.

A,Çovdarov prosesdə baş verənlərə belə reaksiya verib: “Günah prokurorluq işçilərindədir ki, belə şərəfsizləri generalların əleyhinə ifadə verməyə məcbur edirlər”.

Məhkəmə prosesində fasilə elan olunub.

***

Fasilədən sonra keçirilən prosesdə zərərçəkmiş Zakir Bədəlov ifadə verərək istintaqa ifadəsini təsdiqləyib.

İttihama görə, A.Çovdarov qohumu olan Z.Bədəlovu nazirliyə çağıraraq Zakir Mustafayev adlı şəxsə borclu olduğu 200 min dolları qaytarmasa, ölkədən deportasiya etdirəcəyi ilə hədələyərək onun şəxsiyyət vəsiqəsini əlindən alıb.

A.Çovdarov isə Z.Bədəlovun dinlənilməsi Gürcüstanın daxili işlər nazirinin müavini ilə görüşdə razılaşdırılıb: "Həmin görüşdə bildirildi ki, Azərbaycana narkotik keçirməkdə şübhəli bilinən 6 nəfər şəxsin telefon nömrələri dindirilməlidir. Həmin şəxslərin də biri Zakir Bədəlov idi. Zakir mənim uzaq qohumum olduğu üçün onunla bu haqda nazirliyə dəvət edib, danışdıq. Həmçinin biz Zakiri agent kimi çağırmışdıq. Sonra məlum oldu ki, bu işdə Zakirin heç bir günahı yoxdur. Həmin şəxslər əməliyyat nəticəsində Gürcüstanda həbs edildi".

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ