SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl İsmayılovun “şantaj palavrası”

Mikayıl İsmayılovun “şantaj palavrası”

Tarix:

8-08-2017, 11:03

/ 62 797 dəfə oxundu.
Mikayıl İsmayılovun “şantaj palavrası”

SOCAR-ın vitse-prezidenti hansı qurumu hədələyir?

Son günlər Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) rəhbərliyinin küllü-miqdarda dövlət vəsaitini mənimsəməsi barədə ölkə mediasında geniş bəhs olunur.
Şirkət rəhbərinin qanunsuz əməlləri ilə yanaşı onun vitse-prezidentlərinin də var-dövlətini sadə yolla hesablamaq çətindir. Rövnəq müəllimin ən varlı vitse-prezidenti isə Mikayıl İsmayılovdur. Rəsmi sənədlərdə M.İsmayılovun keçdiyi həyat yolu belə yazılır:
İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirmişdir.
Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışmışdır.
Əmək fəaliyyətinə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda davam edib. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır.
2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.
12 ildən artıqdır ki, Neft Şirkətində üst vəzifə sahibi olan bu şəxs qısa müddətdə adını milyonçular siyahısına yazdıra bilib. M.İsmayılovun Ağsu aşırımındakı restoranları, istirahət mərkəzləri, Bakıdakı ticarət obyektləri, villaları, mənzilləri, "Modern Hospital", "Baku Medical Plaza" və "offşor" şirkətlərdəki maliyyə hesabları və s. ölkə mediasının gündəmindən düşmür.
ARDNŞ-in avtomobil parkı da vitse-prezidentin nəzarətindədir. Bu parkın balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Yox, söhbət bu maşınların texniki parametrlərindən də getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır - Mikayıl İsmayılov. Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti... “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibi odur.
SOCAR prezidenti də Mikayıl müəllimin bu fərasətindən yararlanaraq dövlətin milyonlarını firmaların hesabına köçürür. Şəriklər sonra həmin pulları rahatca bölürlər.
M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də yastığın altında saxlamır. Həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır.
Mikayıl İsmayılovun Ağsuda onlarla obyekti fəaliyyət göstərir ki, onların arasında ən diqqət çəkəni «AzGranata» MMC-dir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır.
Mikayıl müəllimin varidatı bununla da bitmir. Pulunu saymaqda çətinlik çəkən vitse-prezidentin digər şirkət və obyektləri, villaları, istirahət məkanları barədə növbəti yazıda məlumat verəcəyik.
Hazırda diqqətimizi çəkən daha maraqlı fakt, “AzGranata” MMC-nin istehsalı olan şərablardan xoşhallanan vitse-prezidentin məclislərdə səsləndirdiyi fikirlərdir. Mikayıl İsmayılovun, “mən elə bir yeri maliyyələşdirirəm ki, kimsə mənə bir söz deyə bilməz. Ölkənin ən vacib adamları məndən asılıdır” deməsi diqqətimizi çəkir.
Mikayıl İsmayılovun hər qatıldığı məclisdə səsləndirdiyi bu fikirlər çoxlarında sual yaradır – vitse-prezident kimləri və haranı işarə edir?
Araşdırmalara görə son zamanlar adiləşən bu fikirlər Mikayıl İsmayılovun dövləti şantaj etməsinə və bu yolla toxunulmazlıq statusuna sahiblənmək istəyindən irəli gəlir. Özünü ölkə rəhbərliyi ilə yaxın olduğunu gözlərə “soxan” ARDNŞ –nin vitse-prezidentinin açıqca şantajla öncədən söylədiyi fikirlərin maraq dairəsini təyin etmək çətin deyil.
Mikayıl İsmayılovun milyonları hara xərclədiyini açıqca ifadə etməsi digər tərəfdən dövlətin əsas qurumlarının fəaliyyətinə ləkə yaxmaq siyasətindən irəli gələ bilər. Qanunları tanımayan və dövlətin milyonlarını şəxsi maraqlarına xərcləyən M.İsmayılovun yaratdığı problem artıq hərəkətə keçməyin vaxtıdır deyir.
SOCAR-ın vitse-prezidentinin səsləndirdiyi fikirlərə görə araşdırmalarımız davam etdirir. Ümid edirik ki, aidiyyatı qurumlar Mikayıl İsmayılovun və ona səlahiyyət verən şəxslərin “şantaj palavrası”na hüquqi qiymət verəcək.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ