SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı

O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı

Tarix:

25-07-2017, 14:02

/ 82 161 dəfə oxundu.
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı

Son günlər Müdafiə Nazirliyinin adından bir çox istifadəçilərin mobil telefonlarına xəbərdaredici mesajlar gəlir. Həmin mesajlarda qeyd olunur ki, telefon danışıqları və sosial şəbəkələrdə müzakirələr zamanı hərbi xidmət məsələləri müzakirə edilməsin.

Məsələ ilə Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərə göndərilən sms-lərdən xəbərdardılar: “Bir daha qeyd etmək istəyirik ki, hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”.

qafqazinfo.az

Şərhlər

XƏBƏR LENTİ