SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Elçin Behbudovun ailəsi agent məsələsindən danışıb - "QOY ARAŞDIRSINLAR"

Elçin Behbudovun ailəsi agent məsələsindən danışıb - "QOY ARAŞDIRSINLAR"

Tarix:

18-05-2017, 11:31

/ 114 610 dəfə oxundu.
Elçin Behbudovun ailəsi agent məsələsindən danışıb - "QOY ARAŞDIRSINLAR"

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edir. Prosesdə diqqət çəkən epizodlardan biri də “etibarlı şəxs” qismində bir qism şəxslərin adına dövlət büdcəsindən 7 milyon manatdan çox pul vəsaitinin ayrılaraq mənimsənilməsidir. İşdə pul ayrılmış şəxslərdən biri kimi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun adı keçir. Ona “BET” ləqəbi (Behbudov Elçin Tofiq oğlu) verilməklə 2013-cü ildən hər ay MTN-dən 2 min manat pul ayrıldığı, xarici səfərləri maliyyələşdirildiyi də qeyd olunur.
E.Behbudovun ailə üzvləri məsələ ilə bağlı “Yeni Müsavat”a deyiblər ki, yazılanlardan xəbərdardırlar.
“Mətbuatda bu haqda yazılar var. Bizim nəsə deməyimiz artıqdır. Bu söhbət bağlanıb. Baş Prokurorluqdan da məlumat yaydılar ki, bu xəbərlər təsdiqlənmir. Qoy araşdırsınlar, heç yerə müraciət etmək fikrimiz yoxdur” – deyə mərhum hüquq müdafiəçisinin yaxınlarından biri söyləyib.
E.Behbudovun uzun illər rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı suala isə belə cavab verib: “İşgəncələrə Qarşı Azərbayan Komitəsinin fəaliyyəti hazırda dondurulub. Məsələyə Ədliyyə Nazirliyindən veriləcək cavabı gözləyirik”.
Yada salaq ki, E.Behbudov hüquq müdafiəçisi kimi aktiv fəaliyyətə 2002-ci ildən başlamışdı. Təsisçilərindən olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq ən müxtəlif təşkilatlarda monitorinqlər aparıb. O, vaxtilə xüsusi xidmət orqanlarında işlədiyini heç zaman gizlətməyib. Özünün vaxtilə işgəncələrə məruz qalması haqda da suallara həmişə geniş, hərtərəfli cavab verib.
Məsələn, “Yeni Müsavat”a vaxtilə bu fikirləri demişdi. Sitat: “Başıma gətirilənləri yada salmaq mənim üçün çox ağırdır. Heç bir günahı olmayan insanı həbs elə, işgəncələrə məruz qoy, şərəf və ləyaqətini alçalt – bunu Allah da götürməyəcək”.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci il noyabr ayının 13-də vəfat edib. Bundan sonra komitənin faəliyyəti dayandırılıb.

Şərhlər

XƏBƏR LENTİ