SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Alfanet"dən şikayət var

"Alfanet"dən şikayət var

Tarix:

17-05-2017, 19:56

/ 79 900 dəfə oxundu.
"Alfanet"dən şikayət var

Sumqayıt şəhər sakini müraciət edərərk internet və hostinq xidmətləri göstərən "Alfanet" şirkətindən şikayətçi olduğunu bildirib. O, internetlə bağlı problemlərindən bəhs edib:
"Problem internet provoyderlə bağlıdır. Aylıq 30 Azn abunə haqqını yeni ödədiyimə baxmayaraq, görüntülü zəng getmir və film saytlarını açmaq mümkün deyil. Müştəri xidmətlərinə müraciət etdim. Dedilər ki, tez bir zamanda internetin sürəti bərpa olunacaq. Lakin heç bir dəyişiklik yoxdur".
Məsələ ilə bağlı "Alfanet" şirkətinin müştəri xidmətinə zəng vurduq. Operator bizi məsul şəxslə əlaqələndirəcəyini söyləyib, 10 dəqiqə gözlətdi. Sonra isə bu problemin "Alfanet" şirkəti ilə heç bir əlaqəsinin olmadığını dedi.
Məsələ ilə əlaqədar ekspert, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu vəziyyət şirkətin imicinə mənfi təsir edir:
"İstifadəçiyə qarşı bu cür rəftar təbii ki, düzgün deyil. Onların bəlli bir müqaviləsi var. Əgər müqavilə əsasında ödəniş olunubsa, o zaman müqavilədə sadalanan xidmətlərlə müştəri təmin olunmalıdır. Ona görə də onlar keyfiyyətli xidmət göstərməyə məcburdurlar. Bəzən fors-major hallar baş verə bilər, lakin bu zaman şirkət öz saytında bu barədə açıqlama verməyə məcburdu. Əgər bu cür hallar baş verirsə, o zaman şirkət özü haqqında normal bir fikir formalaşdırmır".

Qaynarifo.az-a

Şərhlər

XƏBƏR LENTİ