SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eks-rektorun hakim qardaşına hökm oxundu - 5 il həbs

Eks-rektorun hakim qardaşına hökm oxundu - 5 il həbs

Tarix:

16-05-2017, 15:05

/ 83 430 dəfə oxundu.
Eks-rektorun hakim qardaşına hökm oxundu - 5 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar İsmayılovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.

R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

Şərhlər

XƏBƏR LENTİ