SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Şəhər İcra Hakimiyyəti verdiyi vədə əməl etmir

Gəncə Şəhər İcra Hakimiyyəti verdiyi vədə əməl etmir

Tarix:

16-05-2017, 10:22

/ 66 043 dəfə oxundu.
Gəncə Şəhər İcra Hakimiyyəti verdiyi vədə əməl etmir

“Söz versələr də, dağıtdıqları mağazamızı tikib təhvil vermirlər”
Gəncə sakini Tamella Hüseynova yenidən redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi qeyd edib ki, Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən mağazası 2015-ci ildə heç bir məhkəmə qərarı olmadan şəhər icra hakimiyyəti tərəfindən avadanlıqları ilə birlikdə qanunsuz olaraq dağıdılıb.
Çoxsaylı şikayətlərdən sonra icra hakimiyyəti tərəfindən şikayətçiyə zəmanət məktubu göndərilərək bildirilib ki, dəyən ziyan təmin ediləcək, 2015-ci ilin sonuna qədər mağaza yenidən təmir edilərək şikayətçiyə təhvil veriləcək. Lakin qərar bu günə qədər yerinə yetirilməyib: “Dəfələrlə Gəncə şəhər icra başçısının qəbulunda olmuşam. Həm icra başçısının, həm də məmurların dəfələrlə verdiyi vədlərə baxmayaraq mağaza tikilib təhvil verilmir. İki ildir ki, tikintisi davam edən mağaza heç bir standartlara cavab vermir. Mağaza tək kubiklə hörülüb, dam örtüyü həm görkəmsiz, həm də keyfiyyətsizdir. Yağan yağışlar mağazanın içinə dolur. Bir çox işlər yarımçıq qalıb. Ailəmizin heç bir yerdən gəliri yoxdur, aclıq çəkirik. Həyat yoldaşım haqsızlıqlara dözməyərək 2016-cı ilin yayında infarkt keçirdi. Hazırda 2-ci qrup əlildir. Aidiyyəti orqanlardan xahiş edirik, bizim pozulan hüquqlarımızın bərpa olunmasına köməklik edilsin”.
Xatırladaq ki, bundan əvvəl də Tamella Hüseynova bu barədə redaksiyamıza şikayət etmişdi. Məsələ ilə bağlı 2016-cı ilin sentyabrında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məktubla cavab verilərək bildirilmişdi ki, şikayətçi qurum tərəfindən qəbul olunub, tikilən obyektə baxış keçirilib. Məktubda o da qeyd olunmuşdu ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Nahib Hüseynovun obyektinin tikintisinə təsdiq edilən layihə əsasında başlanılan obyektdə hazırda tamamlanma işləri aparılır və yaxın günlərdə hüquqverici sənədləri veriləcək.

Məsələ ilə bağlı yenidən adıçəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ