SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İslamiada çərçivəsində taekvando yarışlarına start verildi

İslamiada çərçivəsində taekvando yarışlarına start verildi

Tarix:

16-05-2017, 09:57

/ 65 551 dəfə oxundu.
İslamiada çərçivəsində taekvando yarışlarına start verildi

Bü gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarına start verilib.
Məlumata görə, Bakı İdman Sarayında kemçirilən yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar güclərini sınayacaqlar.
Bu gün kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

XƏBƏR LENTİ