SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Gilan Dəri” MMC-də etiraz: fəhlələr maaş almır, zavod müdiri böhranda

“Gilan Dəri” MMC-də etiraz: fəhlələr maaş almır, zavod müdiri böhranda

Tarix:

23-01-2017, 09:15

/ 6 736 dəfə oxundu.
“Gilan Dəri” MMC-də etiraz: fəhlələr maaş almır, zavod müdiri böhranda

“Gilan Dəri” MMC fəhlələri tətillərə hazırlaşır

Bu haqda verilən məlumata görə, iki ildir fəhlələr vaxtı-vaxtında bütün maaşını ala bilmir.

Yevlax rayon sakini Qəribov Ramil Məmməd oğlu bildirib ki, zavod Azerbaycanda ən böyük dəri müəssisəsidir: “Əvvəllər işimiz yaxşı gedirdi, fəhlələr pis dolanmırdı, əmək haqları qane edirdi, yəni etirazımız yox idi.

Amma son iki ildir ki, Gilan Dəri” MMC bərbad günə qoyulub. Zavodun müdirinin sayəsində normal maaş ala bilmirik. Əvvəllər bunu alıcı qabiliyyətinin aşağı olması ilə izah edirdi.

Deyirdi ki, dərini türklər zavoddan baha qiymətə alır və aparır, ona qalan gəlir az olur. İndi şükür ki, gömrükdən xam dəri çıxışı dayandırılıb. Yenə də deyir ki, pul yoxdur, dəri ala bilmirəm”.

“Gilan” Şirkətlər Qrupuna daxil olan bu MMC əslində normal fəaliyyət göstərir.

İndiyə qədər “Gilan” holdinqə tabe olan müəssisələrdən şikayətlər olmayıb. Görünür ki, hansısa səbəblər var və fəhlələr narazılıq edirlər.

Söhbət MMC rəhbərliyinin fəaliyyətindəki hansısa məqamlardan gedir. Çünki bu şirkətlər qrupunun hansısa qüvvəyə məxsus olması sirr deyil və bu günə kimi də şikayət olmasına şərait yaradılmayıb.

Digər tərəfdən iqtisadi böhran dərinləşir və fəhlə sinfi işsiz, maaşsız qalır, işsizlər ordusu böyüyür. Hamı gözləyir ki, ərzaq məhsullarının qiyməti kəllə çarxa qalxacaq. Bildirilir ki, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq.

Bu halda ölkə rəhbərliyinin təxirəsalınmaz müdaxiləsinə zərurət yaranacaq. Qiymətlərin bazarlarda tənzimlənməsi üçün dərhal dövlət müdaxilələr olmalıdır.
Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.

Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb.

Şərhlər

XƏBƏR LENTİ