SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Astan Şahverdiyevi öldürəcəyəm!” - Əməkdar artistin başına açılan dəhşətlər

“Astan Şahverdiyevi öldürəcəyəm!” - Əməkdar artistin başına açılan dəhşətlər

Tarix:

27-04-2017, 12:59

/ 113 602 dəfə oxundu.
“Astan Şahverdiyevi öldürəcəyəm!” - Əməkdar artistin başına açılan dəhşətlər

Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza "otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası davam edir. Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatdan haqqını ala bilmir. F.İbadova müraciətində A.Şahverdiyevlə arasındakı çəkişmənin təfərrüatını danışıb. Qısa olaraq qeyd edək ki, Əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpaqğının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt Əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş. Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər. Müstəntiqlə bağ alveri Onun sözlərinə görə, 2009-cu ildə - qızının həm toy, həm də universiteti bitirdiyi ərəfədə pul lazım olub: "Bayılda evimi girov qoyub "Nikoyl” bankdan 30 min dollar götürdüm. Sonra müəyyən çətinliklər oldu, Mərdəkanda olan 11 sot torpağımı da satmaq istədim. Amma torpaq sahəsi 11 sotdan çox idi. Bağın aşağı tərəfində iki yüksək gərginlik var idi. O da mənim hasarımın içərisində idi. Onunla bərabər torpağım 16-17 sota qədər çatırdı. Amma 11 sotun sənədi varıydı. İndi də bununla bağlı sənədlərin hamısı var. Həmin vaxtı prezident qərar verdi ki, kimin bələdiyyə tərəfindən alınan şəxsi bağı varsa, çıxarış ala bilər. Yəni, "kupça” veriləcək. Mən də bunu nəzərə alıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdim. Ordan da iki nəfər gəlib torpaq sahəsinə baxış keçirdilər. Hələlik 4,8 sota görə "kupça” verə biləcəklərini dedilər. Qalan yerin bağın aşağı hissəsinə düşdüyü, həm də yüksək gərginlikli xətlər oradan keçdiyi üçün vermədilər. Bildirdilər ki, həmin gərginliklər nə vaxt götürülsə, o zaman, ümumilikdə bütün sahəyə "kupça” verəcəyik. "Kupça” alandan sonra 4,8 sotu satmaq qərarına gəldim. Bütövlükdə bağı istəyən olsaydı 70 minə satardım. Həmin vaxt dollar 1.78 idi. Mən o vaxt bağı bütöv satmadığım üçün yarı hissəsi 35 min dollar edirdi. Səbayılda 8-ci polis bölməsinin müstəntiqi Aqil Fətəliyev ilə tanışlığımız var idi. Ailəsini, amma daha çox anasını tanıyırdım. Ona dedim ki, Mərdəkandakı bağımın 4,8 sotunun "kupça”sını aldığım üçün satmaq istəyirəm, amma bağımı 70 minə almaq istəyənə də verə bilərəm. 70 min dollarının olmadığını, ancaq 30 minə ala biləcəyini bildirdi. Yalnız bir şərtlə ki, 30 min dolların 15-ni verib yarısını sonra verəcəkdi. Tanıdığım üçün razılaşdım. Çünki tez-tez toylarda, məclislərdə rastlaşırdıq”. BakiPost.az

Şərhlər

XƏBƏR LENTİ