SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Azərbaycan dünyada 37-ci yerdə qərarlaşıb” - Prezidentin köməkçisi

“Azərbaycan dünyada 37-ci yerdə qərarlaşıb” - Prezidentin köməkçisi

Tarix:

26-04-2017, 11:54

/ 61 730 dəfə oxundu.
“Azərbaycan dünyada 37-ci yerdə qərarlaşıb” - Prezidentin köməkçisi

“Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2014-cü illərdə dərin iqtisadi islahatlar davam etdirilmiş, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilib. Azərbaycan qısa müddətdə yüksək-orta gəlirli ölkəyə çevrilmiş, sosial-iqtisadi infrastruktur tamamilə yenilənmiş, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb”.
xalqxeber.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun "Azərbaycan" qəzetində dərc edildiyi məqaləsində deyilir.
Onun sözlərinə görə, bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyüyüb, adambaşına düşən milli gəlir 5 dəfədən çox artıb: “Ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunub. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilib.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik Dövlət Proqramı həyata keçirilib. Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb.
Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli dövlət kreditləri verilib. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, dövlət büdcəsinin xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir”.

Şərhlər

XƏBƏR LENTİ