SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rəfail Mehrəliyev susursa… - Qüdrət Şükürov 8 milyonu tək neçə yeyib?

Rəfail Mehrəliyev susursa… - Qüdrət Şükürov 8 milyonu tək neçə yeyib?

Tarix:

24-04-2017, 14:52

/ 59 190 dəfə oxundu.
Rəfail Mehrəliyev susursa… - Qüdrət Şükürov 8 milyonu tək neçə yeyib?

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızına 400 minlik dəyərində toy etməsi artıq günlərdir mətbuatın və sosial şəbəkələrin diqqətindən düşmür.
Təbii, qarşı tərəf kimi Qüdrət Şükürov və yaxınları söz demək hüquqlarından yararlanaraq yazılanların yalan olduğunu bildirirlər. Amma bu sözlərin heç bir rəsmi yükü və dediklərini təsdiqləyən konkret dəlillər yoxdur.
“Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızının toyundan yayılan dəbdəbəli video görüntülər, keçmiş qudasının ciddi maliyyə talama ittihamları birincinin yalnız “böhtan atır” və hətta “əcəb eləmişik” deməsi ilə kifayətlənir.
Amma işin məhkəməyə qədər olan hissəsi, yəni mətbuatın və cəmiyyətin gözündə təmizə çıxmaq yolu yalnız açıqlanan özünümüdafiənin rəsmi olaraq subutlanmasıdır ki, biz bunun şahidi olmuruq.
Ümumiyyətlə, “Bakılift-təmir” İstehsalat Birliyi və baş direktoru Qüdrət Şükürov Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə tabe olan qurumdur. “Bakılift-təmir” İstehsalat Birliyi BŞİH-in MKT Departamentinin rəhbərinin icazəsi olmadan bir addım belə ata bilməz. Atsa belə bu qurumun rəhbərliyi mütləq nə baş verdiyinə cavab almalıdır.
Lakin təssüflər olsun ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehralıyev də hələlik heç bir açıqlama vermir. Bax işin elə maraqlı tərəfi də budur.
Əcəba, keçmiş quda bildirir ki, Qüdrət Şükürov dövlət büdcəsini sözün həqiqi mənasında talayıb. Əgər o yalan danışırsa, cəzası boynunda. Ona qədər isə baş verənlər barədə ictimaiyyətə doğru-dürüst məlumatların açıqlanmalıdır.
Qüdrət Şükürovun keçmiş qudası bildirir ki, 5-8 milyon manata yaxın pul mənimsənilib, amma departament rəhbəri hələ də susur. Umumiyyətlə, Azərbaycadakı məmurlarda susmaq bir adət halını alıb. Niyə susmalısız? Əgər doğrudan da dövlət əmlakını mənimsəmə olmayıbsa buyurun, sənədlərin qanun imkan verdiyi qaydada cəmiyyətə açıqlanmasını təmin edin. Çünki, dövlət qurumlarına ayrılan vəsait və büdcənin formalaşmasının müəyyən hissəsini məhz o vətəndaşın verdiyi vergi və diğər ödənişlər həyata keçirir. Onun da pulların hara və nə formada xərcləndiyini bilmək haqqı var.
Diğər tərəfdən 600-700 əmək haqqı alan “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun əmlakını, neçə villaya sahib olub olmadığını, milyonları talayıb-talamadığını müəyyənləşdirmək o qədər də çətin deyil. Bunu ən geci 2 günə kökündən öyrənmək mümkündür.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehralıyev nəzarətində olan qurum barədə yayılan məlumatları araşdırmağa elə ilk gün maraqlı olmalı idi. Təəssüflər olsun ki, biz qanunların aliliyi qorunan ölkədə əksinin şahidi oluruq. Departamentinin rəhbəri Rəfail Mehralıyev ümumiyyətlə, susur. Əcəba nədən? Bəlkə… Bəlkə doğrudan da yazılanlar, deyilənlər doğrudur. Bəlkə doğrudan da iqtisadi böhran dövründə büdcədən ayrılan milyonlar oğurlanıb və hansısa ölkələrdə villalara, istirahətlərə xəclənib.
Əgər elədirsə deməli, bu pulun talanması prosessində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbərliyi də yaxından iştirak edib. Bu rəqəm 5-10 manat deyil arada itib-batsın. Söhbət milyonlardan gedir, hörmətli Rəfail Mehralıyev.
Odur ki, sizin nəzarətinizdəki hansısa idarə rəhbərinin nə işlə məşğul olması sizi hər dəqiqə ilğiləndirməlidir. Rəfail Mehralıyev hər dəqiqə bu adamlara, onların rəsmi hesablarına girib-çıxan pula nəzarət etməlidir və məncə bu gün Azərbaycanda elə bir qurum rəhbəri yoxdur ki, bu pula nəzarət etməsin. Çünki, söhbət milyonlardan gedir. Həm də pul şirin şeydir deyirlər.
Əgər edib və ortada 8 milyon pul mənimsənilibsə demək ki, bu əməliyyatda Rəfail Mehralıyevin də xəbəri olub. Əgər olmayıbsa buyurun araşdırın və cəmiyyətə rəsmi sənədlərlə məlumat verin. O zaman kimin haqlı kimin haqsız olduğu tamam bəlli olsun. Bakı meri Hacıbala Abutalıbov da, onun timsalında hər kəs görsün ki, vəziyyət heç də elə deyilmiş.
Hər halda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov barədə yazılanları araşdırmaqda maraqlı olmalıdır. Əgər maraqlı deyilsə, demək ki…

Bizimxeber

Şərhlər

XƏBƏR LENTİ