SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda “7 nömrəli” problemi kim yaradır? - Şikayət

Sumqayıtda “7 nömrəli” problemi kim yaradır? - Şikayət

Tarix:

21-04-2017, 14:35

/ 83 119 dəfə oxundu.
Sumqayıtda “7 nömrəli” problemi kim yaradır? - Şikayət

“Sumqayıtdakı 7 nömrələri şikayət etmək istəyirəm. Demək bu avtobuslar dəmiryol vağzalından keçməlidirlər. Ancaq onlar sadəcə səhər saatlarında bunu edirlər”
Bu sözləri Lalə Qasımova adlı Sumqayıt sakini yazıb. Onun dediyinə görə, 09:50 qatarına yetişməyə çalışırdı, avtobus şoferi isə vağzala sürməyib.
Vətəndaş Sumqayıt şəhər İcra Hakimiyyətinə və bələdiyyəsinə şikayət edəcəyini bildirib. Sakinlər 7 nömrəli marşrut xəttinin özbaşınalığından cana soyublar.
Onların dediyinə görə, bu avtobuslar marşrut xəttindən kənara çıxır və vağzala qədər sərnişinləri aparmır. Azərbaycanda hələ də sərnişin avtobusları ilə bağlı məsələ problem olaraq qalır.
Marşrut avtobuslarını idarə edən bir çox sürücülərin çoxu əslində, onu idarə etməyə hazır deyillər. Belə ki, onlar əksər hallarda yollarda necə gəldi sürür, sürət həddinə nəzarət etmir, bir-birilə ötüşürlər.
Bu zaman avtobusda olan sərnişinlər və piyadaların taleyi isə onları qətiyyən narahat etmir. Bu vəziyyət əsasən də Bakı ətrafı qəsəbə və kəndlər üzrə işləyən marşrutlara aiddir.
Bu marşrut üzrə hərəkət edən avtobus sürücüləri pul qazanmaq adı ilə salonu həddən artıq sərnişinlə doldurur.
Hətta vəziyyət o həddə gəlib çatır ki, sürücü hərəkət zamanı avtobusun qapısını bağlamır və sərnişinlərdən bəziləri belə demək mümkündürsə, bütün yolu qapıdan sallana-sallana gedirlər. Eyni vəziyyət Sumqayıtda da hökm sürür.

Şərhlər

XƏBƏR LENTİ