SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Həbsdəki FƏTÖ-çunun Göyçayda zavodu yoxlanır

Həbsdəki FƏTÖ-çunun Göyçayda zavodu yoxlanır

Tarix:

17-04-2017, 10:14

/ 39 841 dəfə oxundu.
Həbsdəki FƏTÖ-çunun Göyçayda zavodu yoxlanır

Göyçayda fətullahçı zavod müdirinə yönəlik ittihamlar araşdırılır
Rayonun Cəyirli kəndi ərazisində yerləşən "Kerpics­an" Göyçay Kərpic Zavodunun fəaliyyəti yoxlanır.
Məlumatda deyilir ki, zavodda işləyənlərin şikayəti əsasında araşdırmalar başlanıb.
Şikayətçilər deyirlər ki, burada 100 nəfərdən çox adam işləsə də, vergidən yayınmaq üçün 10-15 nəfərlə əmək müqaviləsi bağlayıblar:
“Bunun nəticəsində də bizim əmək hüquqlarımız kobud şəkildə pozulub. Biz bu qanunsuzluğa son qoyulmasını tələb etdikdə qanunsuz olaraq işdən çıxarıldıq.
Türkiyədən qaçaq düşən çoxlu sayda Fətullah Gülənin adamları hazırda bu kərpic zavodunda işləyib burada gizlənirlər.
Biz Azərbaycan vətəndaşı olsaq da, qanunu haqqımızı tələb etdiyimiz üçün işdən qanunsuz olaraq kənarlaşdırıldıq. Uzun illər işlədiyimiz əmək stajımızı batırdılar”.
Bu kərpic zavodu Türkiyə vətəndaşı, türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur:
“Həmin şəxslər hazırda Türkiyədə həbsdə olsalar da, kiçik oğlu Xəlil burada Azərbaycanda gizlənərək bu zavodu işlədir. Bu zavodda istehsal olunan kərpiclərdən Bakı şəhərində göydələnlərin tikin­tisində istifadə edilir.
Bu zavodda küllü miqdarda vergidən yayınma, əmək müqaviləsi bağlanılmadan işlədilmə, işçləri istirahət və bayram günləri də gündəlik 8 saatdan çox işlətmə, havanı çirkləndirməklə ekologiyaya ziyan vurma, Türkiyədən qaçaq düşmüş şəxsləri işlədilmə və sairə kimi qanunsuzluqlar baş alıb gedir. Biz xahiş edirik bu zavodun fəaliyyəti yoxlanılsın, bizim iş stajımız bərpa edilsin və törətdikləri özbaşınalıqlara görə onların barəsində tədbir görülsün”.
Şikayətçilər bunlardır: Dadaşov Gülağa Baba oğlu, Qasımov Vəli Cəmil oğlu, Sadıqov Zaman Qalib oğlu, Məmmədova Dursun Qulam qızı, Əliyev Tənzilə Mövsüm qızı, Cavadova Məhəbbət Nazim qızı, Novruzov Rəfail Nüsrət oğlu və Babayeva Solmaz Ziya qızı.

Şərhlər

XƏBƏR LENTİ