SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video

Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video

Tarix:

8-04-2017, 11:34

/ 92 095 dəfə oxundu.
Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video

Türkiyənin izdivac verilişlərinə azərbaycanlı axını davam edir. Əvvəl bu tipli proqramlara xanımlarımız müraciət etsə də, indi Azərbaycanda müəyyən qədər tanınan gənc kişi modellərimiz də verilişə üz tuturlar.
Bu gənclərin əksəriyyəti Zühal Toplalın proqramında iştirak edirlər. Bu axının son zamanlar daha çox artdığı müşahidə olunur. Belə ki, Əli Əkbərdən sonra, son iki gündə model Fərid Abdullayev və aktyor-model Elmir İsmayılov evlənmək üçün canlı efirə çıxıblar.
Dünən verilişə qatılan E. İsmayılov kifayət qədər tanınır. Aktyor Türkiyənin bir çox tanınmış seriallarında rol alıb, Azərbaycanda məşhur gözəllik müsabiqəsinin təşkilatçısıdr. Elmir həmçinin əslən mərakeşli müğənni Salma Raşidin klipinə çekilib. Klip 58 milyon baxış toplayıb.
Bəs görəsən modelləri izdivac proqramına çıxmağa nə vadar edir?
Buna səbəb kimi daha çox məşhurluğu, pul qazanmaq eşqini aid etmək olar. Lakin bu məqamda qeyd etmək istərdik ki, həmin azərbaycanıların əksəriyyəti Türkiyədə model agentliklərinn üzvləridir. Onların verilişə agentliklər vasitəsilə çıxdığı, orada müəyyən qədər qonorar aldığı istisna edilmir.


Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video
Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video
Azərbaycanlı modellər Bakıda niyə evlənə bilmir? - Fotolar+Video

Şərhlər

XƏBƏR LENTİ