SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ermənilər kəndlərimizi atəşə tutdu - Minaatanlarla

Ermənilər kəndlərimizi atəşə tutdu - Minaatanlarla

Tarix:

6-04-2017, 16:42

/ 110 498 dəfə oxundu.
Ermənilər kəndlərimizi atəşə tutdu - Minaatanlarla

Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub.

xalqxeber.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Xəbərdə bildiilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Şərhlər

XƏBƏR LENTİ