SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi - 95 min də təzminat istədi

8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi - 95 min də təzminat istədi

Tarix:

6-04-2017, 15:06

/ 111 120 dəfə oxundu.
8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi - 95 min də təzminat istədi

Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.
Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan verib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.
Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonra Fəridə Əsgərovanın atası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə "Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib.

femida

Şərhlər

XƏBƏR LENTİ