SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT

Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT

Tarix:

6-04-2017, 13:00

/ 111 953 dəfə oxundu.
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT

Parlamentin qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn, maaşından gileylənən deputatı Hadı Rəcəblinin Lənkərandakı biznesindən yeni fotolar əldə etmişik.
Göndərilən fotolarda millət vəkilinin uşaq xəstəxanasının özəlləşdirdiyi binasında fəaliyyətə başlayan "Mayak” hoteli öz əksini tapıb. Bu obyekt şəhərin mərkəzində yerləşir.
H.Rəcəbli həmin hotel-restoranın ona aid olmadığını desə də, sözügedən tarixi binanın özəlləşdirilməsində mühüm təsiri olduğu bildirilir.
Hazırda "Mayak” hoteli deputatın Lənkəranda Maliyyə İdarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun nəzarətində olduğu xəbər verilir.
İ.Rəcəbovun hotel biznesi oğlu tərəfindən idarə edilir. Deputatın qardaşı uzun illərdir ki, maliyyə rəisidir. O, azı 4-5 icra başçısı ilə işləyib və hər biri H.Rəcəblinin qardaşı ilə hesablaşıb.
İndisə uşaq xəstəxanası hotelə çevrilib. Binanın birinci mərtəbəsi "Zaminbank”ın filialı olsa da, artıq bankın lisenziyası ləğv edilib deyə fəaliyyəti formal xarakter daşıyır.
Əldə etdiyimiz məlumata görə, "Mayak”da gecələmək 40 manatdır və bu məbləğə səhər yeməyi də daxildir.
Hotelin kafesi və restoranı fəaliyyətdədir. Lənkəranda bu obyektin Rəcəbovlar ailəsinə aid olduğunu bilməyən adam çətin tapılsın. Axşamlar "Mayak”ın kafesində canlanma müşahidə olunur. Hətta burada karaoke də var.
Bu bina uzun illər Lənkəran Dövlət Uşaq Xəstəxanası olub və tarixi binalar siyahısındadır.
Uşaq xəstəxanasının Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə birləşdirilməsindən sonra bina deputat və qardaşı tərəfindən alınıb.
BakiPost
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ