SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədov polis rəisi Tahir Quliyevi icra başçısı təyin etdirmək istəyir

Ziya Məmmədov polis rəisi Tahir Quliyevi icra başçısı təyin etdirmək istəyir

Tarix:

6-04-2017, 10:37

/ 121 226 dəfə oxundu.
Ziya Məmmədov polis rəisi Tahir Quliyevi icra başçısı təyin etdirmək istəyir

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədov yerlərdə yüksək vəzifə tutan kadrlarını digər kadrları ilə əvəz etdirmək üçün aldadıcı taktikalardan istifadə edib başqalarının əli ilə yuxarılarla dil tapmağa səylər göstərir.
Hazırda Ucar, Quba və Goranboy rayonlarının icra başçısları keçmiş Nəqliyyat Nazirinin kadrlarıdır. Həmin rayonları əldən verməmək üçün bir kadrının digəri ilə əvəz olunması istiqamətində işlərə girişən Ziya Məmmədov ona yaxın olan Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevi Ucar Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirmək planını rellaşdırmaq istəyir. Yuxarı dairələr Tahir Quliyevin Ziya Məmmədovun adamı olmasını bilmirlər.
Ancaq Oğuzun polis rəisi Tahir Quliyev Ziya Məmmədoviun ən sadiq kadrlarındandır ki, ailəvi dostuqlar indidə davam edir. Bir neçə gün öncə görüşən dostlar razılığa gəliblər ki, keçmiş nazirin maliyyə dəstəyi hesabına polis rəisi Tahir Quliyev .şəxsi kanalları ilə Ucar Rayon İcra başçıs vəzifəsinə gələ bilsin. Burada keçmiş nazirin məqsədi nəyin bahasına olur-olsun doğulduğu rayonu əldən verməmnəkdir.
Tahir Quliyev 6 il (2009-2015) Ucar Rayon Polis Şöbəsinin rəisi işləyib oradan Oğuzun polis rəisi vəzifəsinə təyin edilmişdir. Tahir Quliyev DİN-in aeroportdakı şöbəsinin rəisi vəzifəsində işləyən zaman Əliağa Hüseynova məxsus olan 100 milyon dolların ölkədən çıxarılması əməliyyatında iştirak etdiyi üçün MTN tərəfindən saxlanılmışdır. Həmin zaman Ziya Məmmədov qudası Əliağa Hüseynova görə onun canını həbs edilməkdən qurtarıb öz kurasiyasında olan Ucar RPŞ-nin rəisi vəzifəsinə gətirmişdir. Tahir Quliyevin yaş senzi bir-neçə ildir ki, ötsədə Ziya Məmmədovun köməyi nəticəsində hələdə polis rəisi vəzifəsində işləyir. Tahir Quliyev yaxın vaxtlarda Ucara icra başçıs vəzifəsinə təyin olunacağı barədə yaxın ətrafına danışıb və rayonda vəzifə bölgüsü siyahısını da tərtib edib.
Tahir Quliyevin bütün fəaliyyəti ancaq nöqsanlı olmuşdur.Cəmiyyətdə o vəzifəli şəxs kimi yox komersant kimi qəbul olunur.Tahir Quliyevin etdiyi açıq hörmətsizliyi indiyə qədər heç bir vəzifəli edə bilməmişdir.Bərdə rayonundakı "Qızıl Balıq" restoranının qarşısında yerləşən mərhum prezident Heydər Əliyevin böyük portretinin üzərinə restoranın adı olan şəkili yapıdırmışdı. Əslən Bərdədən olan Tahir Quliyevin həmin rayonda 2 böyük quşçuluq broyleri, on min baş mal-qoyun ferması, yüzlərlə hektar torpaq sahələri , yanacaq doldurma məntəqəsi və sairə obyektləri var.
Qeyd edim ki, Azərbaycanda polis rəisliyindən icra başçıs vəzifələrinə təyinatları ilk dəfə Ziya Məmmədovun qohumları ediblər. .2004-cü il tarixdə Ərzuman Əliyev Göyçay RPŞ-nin rəisi vəzifəsindən Quba rayon icra başçıs, Yaşar Məmmədov isə 2009-cu il tarixdə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən Ucar rayon icra başçıs vəzifəsinə təyin edilmişdilər. İndi vurulmuş Ziya Məmmədov köhnə ənənəsini davam etdirmək həvəsi ilə Tahir Quliyevi aldadıcı taktika ilə Ucar rayon icra başçısı vəzifəsinə gətirməyə çalışır.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ