SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Onun da görəvdən alınma vaxtı yetişdi... - Yeniləşən komandada Fazil Məmmədovun yeri görünmür

Onun da görəvdən alınma vaxtı yetişdi... - Yeniləşən komandada Fazil Məmmədovun yeri görünmür

Tarix:

6-04-2017, 10:27

/ 112 394 dəfə oxundu.
Onun da görəvdən alınma vaxtı yetişdi... - Yeniləşən komandada Fazil Məmmədovun yeri görünmür

Son zamanlar hakimiyyət komandasında yeri və mövqeyi kifayət qədər etibarlı kimi görünən Vergilər Naziri Fazil Məmmədovla bağlı gözlənilməz qərar verilə bilər. Bu barədə Nazirlər Kabinetindəki bilgili qaynaqlar informasiya verib.

Xəbəri verən mənbənin iddialarına görə, əslində Fazil Məmmədov ona olan etimadı itirməyib, amma... Mənbənin söylədikləri:

"Amma situasiya dəyişikliyi yaşanılır. Neçə ildir ki, neftin qiyməti düşüb və bundan əziyyət çəkən ölkələr sırasında maləsəf Azərbaycan da var. Təbii ki, rəsmi Bakı ölkə iqtisadiyyatının ayaqda tutulması, bəlli inkişaf tempinin qorunması naminə ciddi çabalar sərf edir. Və bu sənada dövlət rəhbərliyinin peşəkar iqtisadçı komandasına ehtiyaı var. Bu komanda tədricən formalaşmaqdadır və hazırda iki nüfuzlu məmurun bu komandadan qovulacağı şübhəsizdir. Onlardan biri Maliyyə Naziri Samir Şərifov, digəri isə Vergilər Naziri Fazil Məmmədovdur".

Mənbə iddia edir ki, yaxın günlərdə Fazil Məmmədovu gən bir kadr əvəzləyəcək: "Buna az qalıb".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

dia.az

Şərhlər

XƏBƏR LENTİ