SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Rusiya və Fransadan aprel döyüşləri ilə bağlı BƏYANAT

Rusiya və Fransadan aprel döyüşləri ilə bağlı BƏYANAT

Tarix:

5-04-2017, 20:15

/ 128 584 dəfə oxundu.
Rusiya və Fransadan aprel döyüşləri ilə bağlı BƏYANAT

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar ötən ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlikdən sonra bölgədə vəziyyətin sabitləşməsi üçün fəal səylər göstərib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”, - deyə Zaxarova vurğulayıb.
"Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu", - M.Zaxarova bildirib.
Rusiya ilə yanaış Fransanın ATƏT yanındakı daimi nümayəndəliyi də ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanat verib: “Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”.
Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb: “Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”.

Şərhlər

XƏBƏR LENTİ