SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyə edilir

Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyə edilir

Tarix:

30-03-2017, 16:15

/ 15 271 dəfə oxundu.
Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyə edilir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Şərhlər

XƏBƏR LENTİ