SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Məzənnə 1.4 manata düşə bilər – Yaxın günlərdə

Məzənnə 1.4 manata düşə bilər – Yaxın günlərdə

Tarix:

30-03-2017, 15:12

/ 15 228 dəfə oxundu.
Məzənnə 1.4 manata düşə bilər – Yaxın günlərdə

Yaxın günlərdə avronun məzənnəsi aşağı düşəcək.

Bu haqda iqtisadçı-ekspert Anar Rzayev açıqlamasında deyib. Onun sözlərinə görə, məzənnə dollarla münasibətdə ucuzlaşaraq hətta 1.4 manata enəcək:

“Avropa Mərkəzi Bankının yumşaq siyasətə keçidi ilə əlaqədar olaraq avronun məzənnəsində yaxın həftədə ucuzlaşma gözlənilir. Hazırda avronun məzənnəsi 1.7 manatdır. Yaxın müddətdə bu rəqəm təxminən 1.5 yarım ilə 1.6 arasında dəyişilə bilər. Hətta növbəti həftələrdə bu rəqəmin 1.4-dək enəcəyi də proqnozlaşdırılır. Bu isə dolların avroya qarşı güclənməsi deməkdir. Bu arada Avropa Mərkəzi Bankından fərqli olaraq Federal Ehtiyatlar Sistemi isə daha sərt siyasət yürüdəcək. Dollar avroya qarşı daha da güclənəcək”.

Dolların məzənnəsinin isə növbəti bir həftədə necə olacağını proqnoz etmək isə çətindir. Ehtimal ki, dollar yenə də bahalaşacaq. Amma nə qədər, bunu demək mümkün deyil: “Dolların məzənnəsinin yaxın həftələrdə nə qədər olacağını proqnozlaşdırmaq çətindir. Bu, Mərkəzi Bankın siyasətindən asılı olan bir məsələdir. Mərkəzi Bankın təsiri altında olduğu üçün bu haqda konkret rəqəm proqnoz etmək mümkün deyil”.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ