SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar

Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar

Tarix:

30-03-2017, 10:56

/ 6 396 dəfə oxundu.
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar

Sumqayıt şəhər Baş Dəmiryolu rayonun sakini Əliyeva Südabə Davud qızı müraciət edərək Sumqayıt şəhərində yerləşən "N" hərbi hissənin adını bilmədiyi komandiri polkovnik-leytinant tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirir.
Onun sözlərinə davamlı silahla gəzən bu zabit yuxarıda göstərdiyi ünvanda bütün rəsmi sənədlərinin olmasına baxmayaraq inşaat etməkdə olduğu fərdi yaşayış evinin tikintisinə maneələr yaratmağa çalışır.
"Sonuncu kərə ötən həftənin şənbə günü mənə təzyiq edən bu əli silahlı polkovnik-leytinant qarşısındakının qadın olduğunu unudaraq təzyiqə məruz qoydu.Sizin redaksiya vasitəsi ilə Ali Baş komandan,ölkə prezidenti cənab İlham Əliyevə,ölkəmizin 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya,eyni zamanda Müdafiə nazirimiz cənab General-polkovnik Zakir Həsənova müraciət edirəm.Mənə kömək edin və məni bu gözə dönmüş polkovnik-leytinantın baxışlarından xilas edin.Ailəmlə birlikdə uzun illərdi arzusunda olduğunuz fərdi yaşayış evinin inşasın tamamlayıb ailəmlə rahat yaşamaq istəyirəm.Amma çox təəssüflər olsun ki, belə bir vəzifə daşıyan biri düşmənə qarşı vuruşmaq yerinə qadına qarşı vuruşur".
Əliyeva Südabə torpaq sahəsinin müvafiq sənədlərində redaksiyamıza təqdim edib.

Redaksiyadan: Əliyeva Südabə Davud qızının fikirləri ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

veteninfo
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar
Zakir Həsənovun zabiti vətəndaşa divan tutur-Faktlar

Şərhlər

XƏBƏR LENTİ