SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Cavanşir Məmmədov əsəbiləşdi — "Camaat üç ilə arvadından boşanır, mən niyə maşınımı satmayım?"

Cavanşir Məmmədov əsəbiləşdi — "Camaat üç ilə arvadından boşanır, mən niyə maşınımı satmayım?"

Tarix:

28-03-2017, 16:49

/ 3 805 dəfə oxundu.
Cavanşir Məmmədov əsəbiləşdi — "Camaat üç ilə arvadından boşanır, mən niyə maşınımı satmayım?"

Əməkdar artist Cavanşir Məmmədov maşınını satması barədə yazılan xəbərlərə münasibət bildirib.
Müğənni əməkdaşımızla söhbətində bildirib ki, haqqında bu kimi informasiyaların yayılmasına qarşıdır:
"Dünyanın bütün ölkələrində maşın bazarları var. Maşınımı satmaqda nə qeyri-adilik var ki, bunu xəbərə çeviriblər? Camaat arvad alır, sözləri düz gəlmir, üç ildən sonra boşanır. Maşını ömürlük özümdə saxlamalı deyiləm ki. Yazırlar ki, müflis olmuşam. Bunu mənim özümdən eşitmədən kimsə deyə və yaza bilməz. Həmin şəxslərlə hüquqi müstəvidə danışacağam. Qoy gedib məhkəmədə cavab versinlər. Məhkəmə də nə qərar çıxararsa, çıxarar. Haqqımda nəsə yazansa bilsin ki, əvvəlcə özümdən soruşmaq lazımdır. Mən maşınımı bazara sürücünün, qohumumun, oğlumun vasitəsilə də göndərə bilərdim. Amma sənədlər mənim adıma olduğu üçün, lazımi sənədlərə də imzanı mən atmalıyam".

Xatırladaq ki, iki gün öncə Cavanşir Məmmədovun "GMC Yukon XL” markalı avtomobilini satmaq üçün maşın bazarına apardığı yazılmışdı.

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ