SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkarla “Azəravtoyol” arasında qalmaqal

Sahibkarla “Azəravtoyol” arasında qalmaqal

Tarix:

28-03-2017, 16:43

/ 2 194 dəfə oxundu.
Sahibkarla “Azəravtoyol” arasında qalmaqal

Binəqədi rayonunda sahibkarlıqla məşğul olan Mətlləb Nəsibov “Azəravtoyol”un vəzifəli şəxsləri tərəfindən ona qarşı qanunsuzluq edildiyini bildirir.

Müraciət edən M.Nəsibov qeyd edib ki, bir müddət öncə sahibi olduğu obyektin su tullantılarının axıdılması üçün öz hesabına kanalizasiya boruları çəkmək məqsədi ilə rəsmi qurumlara müraciət edib. O bildirib ki, bu işlər üçün yeni yaradılan xidmətdən istifadə etsə də, ənənəvi qurum bu sənədləri əhəmiyyətsiz sayıb. M.Nəsibov deyib ki, kanalizasiya xəttinin çəkilməsi üçün vahid pəncərə prinsipi əsasında “Asan xidmət” Mərkəzindən icazə alıb. Bundan başqa, “Azəravtoyol”un sədr müavini Əvəz Qocayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Azərsu” ASC boruların çəkilməsi üçün texniki şərt verib. Vətəndaş bunun üçün 500 manat də dövlət rüsumunu ödəyib.

M.Nəsibovun sözlərinə görə, işlər görüldükdən sonra “Azəravtoyol”un tabeliyində olan “Yolların Mühafizəsi Xidməti”nin əməkdaşları və həmin qurumun Binəqədi rayon bölməsinin rəisi Elşad adlı şəxs əraziyə gələrək yeri qazaraq çəkilmiş boruları oradan çıxarıblar. Bu zaman ona məxsus borular sındırlaraq yararsız hala salınıb. Sahibkar iddia edir ki, bunun səbəbi həmin şəxslərin ondan tələb etdiyi 5 min manat rüşvəti verməməsidir.

M.Nəsibov həmin xidmətin rəhbərliyi və əməkdaşları barədə araşdırma aparılaraq tədbir görülməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.

“Qafqazinfo”
Sahibkarla “Azəravtoyol” arasında qalmaqal
Sahibkarla “Azəravtoyol” arasında qalmaqal
Sahibkarla “Azəravtoyol” arasında qalmaqal

Şərhlər

XƏBƏR LENTİ