SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident

"Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident

Tarix:

28-03-2017, 15:59

/ 1 438 dəfə oxundu.
"Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident

Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var.

Məlumata görə, bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

İlham Əliyev bildirib ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər: “Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”.

Dövlət başçısı yeni iş yerlərinin yaradılmasının vacibliyini qeyd edib: “ Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

Şərhlər

XƏBƏR LENTİ