SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İstefaya göndərilən general Elbrus Orucov kimdir?

İstefaya göndərilən general Elbrus Orucov kimdir?

Tarix:

28-03-2017, 15:04

/ 24 660 dəfə oxundu.
İstefaya göndərilən general Elbrus Orucov kimdir?

Bu gün istefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifələrini həyata keçirib.
Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunduqdan sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olunmuşdu. General Orucovdan əvvəl həmin vəzifəni general Eyvaz Cəfərov tuturdu. Kadr dəyişikliyinə əsasən Cəfərov Baş qərargah rəisinin 1-ci müavini olmuşdu.
Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı. Elbrus Orucovun gözlənilmədən istefaya göndərilməsi səbəbləri hələlik qaranlıq olaraq qalır.

bizimxeber

Şərhlər

XƏBƏR LENTİ