SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bunu edən sürücülər 50 manat cərimə olunacaq

Bunu edən sürücülər 50 manat cərimə olunacaq

Tarix:

28-03-2017, 14:57

/ 6 618 dəfə oxundu.
Bunu edən sürücülər 50 manat cərimə olunacaq

Bir neçə gün əvvəl Rusiyada Sitara Baratova adlı qız avtomobil idarə edərkən sosial şəbəkədə canlı yayıma çıxdığından avtobusla toqquşaraq həyatını itirib.
Maşın sürərkən canlı yayım edən insanlar ölkəmizdə də az deyil. Bəs bu cür insanlara hansı cəzalar tətbiq edilir. Bu barədə yol təhlükəsziliyi üzrə ekspert Ərşad Hüseynov ARB TV-yə danışıb. Onun fikirincə texnologiya inkişaf etdikcə qanunlar da ona uyğun olaraq dəyişilməlidir.
"Sürücünün hərəkət vaxtı əlində telefon tutaraq ondan istifadə etyməsi qanunla qadağandır. Çoxları mobil cihazı avtomobildə bərk bir yerə yerləşdirərək danışır, öz fikirlərini bildirir hətta əlini uzadaraq onun istiqamətini də dəyişir. Belə halları çox təəsüf ki, qanun vericilik tənzimləmir".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə isə telefonu əldə saxlamaq yaxudda nəyəsə bərkitmək heç nəyi dəyişmir. Sosial şəbəkələrdə canlı yayım etmək və bu zaman qəza vəziyyəti yaratmaq inzibati xəta sayılır. Bu sürücülər 50 manat məbləğndə cərimə ediləcək.

Şərhlər

XƏBƏR LENTİ