SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gənclər “07”yə minib ölümə getdilər – Həyəcan dolu VİDEO

Gənclər “07”yə minib ölümə getdilər – Həyəcan dolu VİDEO

Tarix:

28-03-2017, 13:51

/ 2 076 dəfə oxundu.
Gənclər “07”yə minib ölümə getdilər – Həyəcan dolu VİDEO

Onların spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir.
Birtərəfli yolda əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsünün dəhşət saçan videosu sosial şəbəkədə yayılıv və izləyicilər tərəfindən qınanılıb.Həmin sürücü qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadan avtomobillərin üzərinə sürüb. O, avtomobildə tək olmayıb. Bir qrup gənc bu hərəkətlərilə öyünərək əyləniblər. Onların spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir.
Bu cür mədəniyyətsiz, məsuliyyətsiz və insan həyatını oyuncaq sayan sürücülər ictimaiyyət tərəfindən qınağa cəlb olunmalıdır. Bu sürücü sabah kiminsə yaxın adamının, ailə üzvünün, sevdiyi bir insanın, elə özünün də həyatına son qoya bilər. Ona görə onu tanıyanlardan xahiş edirik ki, saytımızın 055-335-15-59 telefon nömrəsi ilə əlaqə saxlayaraq məlumat versin. Votsapdan da yaza bilərsiniz.
Əmin edirik ki, məlumat verən şəxsin anonimliyi qoruncaq. Biz onu vaxtında cəzalandırmasaq o bizi cəzalandıracaq...

Avtosfer

Şərhlər

XƏBƏR LENTİ