SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DTX əməkdaşları ilə bağlı - Sərəncam

DTX əməkdaşları ilə bağlı - Sərəncam

Tarix:

27-03-2017, 19:24

/ 2 586 dəfə oxundu.
DTX əməkdaşları ilə bağlı - Sərəncam

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

“Vətən uğrunda” medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

Səfərov Fuad Vaqif oğlu - polkovnik

Süleymanov Elşən Müzəffər oğlu - mayor

“İgidliyə görə” medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu - kapitan

Rəsulov Ramin Qabil oğlu - mayor

Yusifzadə Emin Elxan oğlu - kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor

Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

Qasımov Səbuhi Vaqif oğlu - mayor

Məmmədov Madar İbrahim oğlu - kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu - polkovnik

Paşayev Elnur Elman oğlu - kapitan.

Şərhlər

XƏBƏR LENTİ