SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “6 ildir işsizəm, maraqlanan yoxdur nə ilə keçinirəm” - İmperator üsyan etdi

“6 ildir işsizəm, maraqlanan yoxdur nə ilə keçinirəm” - İmperator üsyan etdi

Tarix:

27-03-2017, 15:09

/ 2 137 dəfə oxundu.
“6 ildir işsizəm, maraqlanan yoxdur nə ilə keçinirəm” - İmperator üsyan etdi

Türk musiqisinin kralı İbrahim Tatlısəs kəskin maliyyə sıxıntıları ilə üzləşdiyini açıqlayıb.

Artıq 6 ildir işsiz olduğunu deyən Tatlısəs onun necə yaşaması ilə heç kimin maraqlanmadığını bildirib. Məşhur sənətçi 2010-ci ildə Əhməd Özbək adlı iş adamından 6 milyon dollar dəyərində təyyarə satın aldığını, ancaq təyyarənin istifadəyə yararsız olduğunu bilincə onu geri qaytarmaq istədiyini söyləyir. Bu azmış kimi, Tatlısəsin villasına həbs qoyulub. Məhkəməyə müraciət edib qərarın ləğvini istəyən sənətçi bu tələbi də rədd ediləndə mediada üsyan edib:

"Məni vuracaqları çoxdan bəlli idi. Baxıram o zamanın polis rəisi, daxili işlər naziri, prokurorları, hakimləri indi hamısı axtarılır. Bəziləri məhkəmədə mühakimə olunur, bəziləri həbsxanada, bəziləri də qaçaqdır. Bəs, mənim nə günahım vardı ki, vurulmuşam, həm təyyarəmiz əldən getdi, həm ev əmlakımın müsadirə olunması var. Necə olur ki, etiraz tələbimizi 54 gündə rədd etdilər? Niyə bu Əhməd Özbək tutulmur? Kürəkəni fərari, qızı hazırda həbsxanada, özü ortada gəzir. 6 ildir ki, işləmirəm, nə ilə keçinirəm, kimsə bunu məndən soruşmur. Heç olmasa, mülkümün geri verilməsini istəyirəm".

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qaldığına görə Türkiyə və ABŞ-da uzun müddət müalicə alıb.

Şərhlər

XƏBƏR LENTİ