SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt Texnologiyalar Parkında ixtisarlar? – Əmək haqqları niyə verilmir…

Sumqayıt Texnologiyalar Parkında ixtisarlar? – Əmək haqqları niyə verilmir…

Tarix:

27-03-2017, 14:42

/ 1 712 dəfə oxundu.
Sumqayıt Texnologiyalar Parkında ixtisarlar? – Əmək haqqları niyə verilmir…

Ötən günlərdə Azərbaycanın qeyri-neft sektorunda layiqincə yer tutmaq üçün hesablanmış Sumqayıt Texnologiyalar Parkının ciddi maliyyə böhranı ilə üz-üzə qaldığı barədə məlumat vermişdik.
Daxil olan məlumatda qeyd olunurdu ki, özündə 17 zavodu birləşdirən böyük Texnoparkın işçilərinin əməkhaqqlarını almaqda problemlər yaranıb və bu hal icraçı direktor Sahib hələ ki narahat etmir. Fəhlələr qeyd edirdi ki, parkın icraçı direktoru Sahib Musayev zavodda əsas vəzifələrə yaxın qohumlarını təyin edib. Əmək haqqları ilə yanaşı əlavə “paket”lər kəsilib. 3 aydır ki, əmək haqqı verilmir.
Məlumat yayıldıqdan sonra bərk narahat olan parkın icraçı direktoru Sahib Musayevin tapşırığı ilə 1 aylıq əmək haqqları ödənilib. Əlavə olaraq bildirilib ki, Novruz bayramı ərəfəsində növbəti ayın əməkhaqqları veriləcək. lakin verilən sözə hələ də əməl edən yoxdur.
STP-dəki işçilərin verdiyi məlumata görə, Novruz bayramından əvvəl əmək haqqlarının veriləcəyi ilə bağlı söz verilsə də, nəticədə herç bir ödəniş edilməyib. Belə ki, işçilər bayramda pulsuz, parasız qalıblar.
Məlumata görə, STP-dəki fəhlələrin öz hesabına buraxılması ilə bağlı artıq işlər aparılır. Yaxın günlərdə parkda ciddi işdənçıxarma başlayacaq. Bu isə özündə 17 zavodu birləşdirən parkın müflisləşməsinə işarədir. Olduqca yüksək texnologiyalarla təchiz olunmuş zavodların nədən fəaliyyətsiz qalması və ya müflıisləşməsi, buna görə kimin məsuliyyət daşıması araşdırılmalıdır.
Məlumat üçün bildirək ki, STP-də vergidən yayınma və “ölü canlar” saxlanması ilə bağlı ilginc məlumatlar da var. Bu barədə ciddi araşdırma aprıldıqdan və sorğular alındıqdan sonra əlavə məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimxeber

Şərhlər

XƏBƏR LENTİ