SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri: Yüksək maaş alırmış- SİYAHI

Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri: Yüksək maaş alırmış- SİYAHI

Tarix:

25-03-2017, 15:46

/ 2 024 dəfə oxundu.
Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri: Yüksək maaş alırmış- SİYAHI

Paytaxt Bakı da daxil olmaqla qış mövsümündə qaz təchizatındakı problemlər narazılığa səbəb olub.
Son günlər havaların yenidən soyumasına baxmayaraq, paytaxta və bölgələrə verilən qazın təzyiqi həddindən artıq aşağıdır. Narazılıqların yenidən artdığı bir zamanda “Azəriqaz”da yüksək əmək haqqı verilən vəzifələrin siyahısı açıqlanıb.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı “Azəriqaz” regional idarələrində vəzifəlilərinin əmək haqlarından çıxarış təqdim edib. Çıxarışda sözügedən qurumun regional üzrə ştatları və idarə vəzifəlilərinin aldığı maaşların məbləğləri yer alıb. M.Qəhrəmanlı bildirib ki, “Vəzifə fərdi əmək müqaviləsi” üzrə təyin edilmiş aylıq əmək haqqı üzrə rəis 2112,00 (əlavə 1270,00), ümumi məsələlər üzrə rəis müavini 1964,00 (əlavə1000,00), baş mühəndis 2006,00 (əlavə 980,00), xidmət sahə rəisləri isə 1964,00 (əlavə 785,00) manat məvacib alırlar.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ