SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

Tarix:

24-03-2017, 13:32

/ 1 631 dəfə oxundu.
SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi (“SOCAR Ukraine”) və yerli “EFG Trading” (“Euro Fuel Group Trading”) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

Ukrayna mətbuatına istinadən xəbər veririk ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi “SOCAR Ukraine”dan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 ton (Lot-2) yanacaq alacaq. “EFG Trading” isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 ton yanacağı nazirlik üçün tədarük edəcək. “SOCAR Ukraine”dən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, “EFG Trading”dən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə “SOCAR Ukraine” və “EFG Trading” ilə yanaşı Ukraynanın “Voenservis-Volonter” şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunun bazar qiymətinin 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.

Xatırladaq ki, “SOCAR Ukraine” 2008-ci ildə yaradılıb. 2009-cu ildə şirkət Ukraynanın Odessa və Nikolayevski vilayətlərində “Tala-Mafta” adı ilə fəaliyyət göstərən 20-yə yaxın yanacaq-doldurmaq məntəqəsini (YDM) alıb, həmçinin Odessadakı iri neft bazasına (“Svitanok”) nəzarət etməyə başlayıb. 2010-2011-ci illərdə isə “SOCAR Ukraine” paytaxt Kiyevdə və ölkənin Lvov vilayətində “ONİO” adı ilə fəaliyyətdə olan fəaliyyət göstərən 4 YDM-ə sahib olub. 2012-ci ilin avqust ayında isə Azərbaycan şirkəti Ukraynanın Antiinhisar komitəsindən 26 YDM-in və “Kalina” neft bazası qrupunun fəaliyyəti üçün icazə alıb. Hazırda bu şəbəkə Ukraynada 60 YDM-in, Kiyevdəki “Bakı-1” və Odessadakı “Gəncə” neftdaşıyan bunker gəmisinin fəaliyyətini əhatə edir.

Şərhlər

XƏBƏR LENTİ