SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT

Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT

Tarix:

24-03-2017, 09:42

/ 1 580 dəfə oxundu.
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT

2015-ci ildə Şəkidə baş vermiş zəlzələdən sonra dağıntıya məruz qalmış evlərə dəyən ziyan hələ də bərpa olunmur
Bu barədə redaksiyamıza Şəki şəhərinin Şəkikənd kəndinin sakinlərindən olan Sədayət Cəlilov məlumat verib. Şikayətçi bildirib ki, məsələnin həlli isitiqamətində dəfələrlə Şəki Şəhər İcra Hakimiyyətinə və yerli bələdiyyələrə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər: "Bizim evimizdən başqa həmin zəlzələdə bir neçə evə ziyan dəyib. Biz dəymiş ziyanın bərpa olunması üçün dəfələrlə icra nümayəndəliyinə və bu problemin həll olunması üçün köməyi dəyə biləcək qurumlara müraciət etmişik, bizə deyirlər ki, hal-hazırda İcra Hakimiyyətinin balansına pul köçürülməyib, vəsait ayrılan kimi sizin məsələ həll olunacaq. Bu vədlərin üstündən uzun müddət keçib, amma hələ də bir tədbir görülmür. Bu ev bizə atamızdan yadigardır. Bu evin qəzalı vəziyyətdə qalmasını istəmirik."
Daxil olmuş şikayətin daha ətraflı araşdırılması üçün Şəki şəhərinə ezam olunmuş əməkdaşlarımızdan Təbriz Cəlilov qəzalı evin hazırki durumu ilə yaxından tanış olub və fotolar çəkib.
Fotolardan da məlum olur ki, zəlzələ nəticəsindən evə ciddi ziyan dəyib; divarlarda çatlar əmələ gəlib, evə su damır.
Münasibət öyrənmək üçün başçının birinci müavini Həsən Həsənov ilə əlaqə saxladıq: "Siyahıda 2065 sakinin adı var. Bu sakinlərdən əksəriyyətinin problemi vəsait çatışmazlığı səbəbilə həll olunmayıb. Amma biz noyabr ayında Nazirlər Kabinetinə vəsait ayrılması ilə bağlı müraciət etmişdik və onların cavabını gözləyirik. Qısa zamanda evlərə dəymiş ziyan bərpa olunacaq."- deyə Həsən Həsənov bildirdi.

Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
Şəki sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ