SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bərdə rayon icra hakimiyyətinin bu addımı təqdirəlayiqdir - Rayon ağsaqqalları

Bərdə rayon icra hakimiyyətinin bu addımı təqdirəlayiqdir - Rayon ağsaqqalları

Tarix:

16-03-2017, 10:47

/ 2 384 dəfə oxundu.
Bərdə rayon icra hakimiyyətinin bu addımı təqdirəlayiqdir - Rayon ağsaqqalları

Bir neçə gün bundan öncə ölkə mətbuatında Bərdə rayonu haqqında xoşagəlməz məlumatlar dərc olunmuşdu. Dərc olunan məlumatda qeyd olunurdu ki, icra hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən diş həkimlərinə qənim kəsilib və onları qanunsuz yerə cərimələtdirir. Məlumatların nə dərəcədə doğru və ya yalnış olması ilə bağlı jurnalist araşdırmasına qərar verdik. xalqxeber.az-ın əməkdaşları Bərdə rayonuna ezam olundular. Rayon əhalisi ilə xüsusəndə ağsaqqallarla görüş keçirən əməkdaşlarımız, ölkə mətbuatında dərc olunan məlumatların həqiqətə uyğun olub-olmaması barədə Bərdəlilərin mövqeyini öyrənməyə çalışdılar. Bərdə sakinləri yazıda səsləndirilən fikirlərin həqiqətə uyğun olmamasını bildirirək, məlumatın yalan və iftira olduğunu dilə gətirdilər. Belə ki, biz ağsaqqallar olaraq rayon icra hakimiyyətinə rəsmi qaydada Bərdə ərazisində qanunsuz olaraq Stomatoloji Klinikaların fəaliyyət göstərməsi ilə bağlı məlumat verdik. Xüsusilə qeyd etmək istəyirik ki, qanunsuz Stomatoloq fəailiyyəti ilə məşğul olan şəxslərin heç bir ali savadı olmamaqla yanaşı bir çox xəstəliklərin yaranmasına səbəb olurdular. Dəfələrlə həmin "Stomatoloq"ların səriştəsizliyi və məşğul olduğu sahədən anlayışlarının olmaması nəticəsində ölüm hadisələrinin şahidi olmuşuq. Belə halları nəzərə alaraq, məsələnin həlli istiqamətində icra hakimiyyətinə və aidiyyətı qurumlara müraciət ünvanladıq. İcra hakimiyyəti və rayon ərazisində fəaliyyət göstərən aidiyyatı qrumlar tərəfindən komissiya təşkil olundu. Komissiya rayon ərazisində fəaliyyət göstərən "Stomatoloji Klinika"lara (əgər klinika demək olarsa) baxış keçirərək, biz Bərdəlilərin rəsmi müraciətdə qeyd etdiyi faktların bir daha sübut olunmasının şahidi oldular. Müraciətdə qeyd etmişdik ki, heç bir ali təhsili olmayan, 10-cu sinifi bitirən, diş texnikliyini bacarmayan, lisenziyası olmayan ən əsası gigiyenik qaydalara əməl etməyən və stomatoloq fəaliyyəti ilə məşğul olmaq üçün şəraiti olmayan şəxslər rayon ərazsisində insanların həyatları ilə oynayırlar. Xüsusilə qeyd etməliyik ki, komissiya ədalətli şəkildə rayon ərazisində monitorinq aparmış nəticədə insanların sağlamlığı ilə oynayan və Stomatoloq fəaliyyəti ilə məşğul olmaq üçün heç bir lisenziyası olmayanlar barədə tədbir görmüşdür. Hətta barələrində tədbir görülən Stomatoloqlara məsləhət görülmüşdür ki, əgər fəaliyyətini davam etdirmək istəyirsənsə mütləq şəkildə aidiyyatı qrumdan lisenziya almalı və standarlara cavab verən klinikada fəaliyyət göstərməlidir. Rayon ağsaqqallarının əməkdaşlarımıza bildirdiklərinə görə, rayon ərazisində 140 yaxın Stomatoloqun qanunsuz olaraq fəaliyyət göstərməsi komissiya tərəfindən aşkarlanıb. Bərdəlilər monitorinqin zəruri olduğunu dilə gətirərək, "Stomatoloq"ların rayon sakinlərinə vurduğu ziyandan söhbət açaraq, bəzilərinin mismarı əridərək diş üçün lazım olan metal vasitənin hazırlandığını qeyd edirdilər. Hətta monitorinq zamanı bəzi "Stomatoloqlar" obyektini bağlayaraq, qaçmağa qərar verirdilər. Stomatoloq fəaliyyəti ilə məşğul olmaq üçün heç bir texniki avadanlığı olmayan şəxslər qaçmağa üstünlük verərək, məsuliyyətdən boyun qaçırmağa çalışırdılar. Belə bir monitorinqin keçirlməsi illər öncə lazım olduğunu dilə gətirən rayon sakinləri, icra hakimiyyətinin bu addımını yüksək şəkildə qiymətləndirərək, insanların sağlamlığını düşünən və onların qayğısına qalan icra başçısına təşəkkürlərini bildirirdilər.
Ölkə mətbuatında dərc olunan yazı ilə bağlı icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Rayonda olarkən icra hakimiyyətində bu məsələ ilə bağlı iclasın keçirildiyinin şahidi olduq. İclasda iştirakımız üçün şərait yaradılaraq, məsələnin mahiyyətindən daha dərindən məlumat almağımıza köməklik olundu. Belə ki, iclasda rayon ağsaqqalları, ziyalılar, şura üzvləri, idarə, müəssisələr, komissiya üzvləri və Stamatoloq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edirdilər. İclas zamanı rayon sakinlərinin qaldırdığı məsələ müzakirə olunaraq, Stomatoloqların bir-bir fikirləri dinlənilirdi. Məsələnin müzakirəsi zamanı qərara alındı ki, ali savadı olan, Stomatoloq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası və lazımi sənədləri olan, gigiyenik vəziyyəti yaxşı olan obyektdə fəaliyyət göstərməsi üçün həkimlərə yüksək səviyyədə şərait yaradılsın və çatışmayan sənədləri düzəltmək üçün 1 ay vaxt verilsin.
xalqxeber.az olaraq araşdırmalımız zamanı məlum oldu ki, rayon ərazisində fəaliyyət göstərən "Stomatoloji Klinika" və Stamatoloqlar heç biri vergi vermir və sanitar qaydalara riayət etmirlər. Bir sözlə desək ölkə mətbuatına üz tutan və özünü "sahibkar" kimi təqdim edənlər, "heç də aydan arı, sudan duru deyillər". Daha dəqiq desək məsuliyyətdən yayınmaq üçün mətbuatı əllərində qalxan kimi istifadə edirlər. Həqiqəti və məsələnin məhiyyətini dərindən öyrənmək istəyən media işçisi, Bərdə rayonuna yollanıb öz gözləri ilə bütün olanların şahidi ola bilər.
Sonda rayon ağsaqqalları bütün KİV nümayəndələrinə bu çətin peşədə uğurlar diləyərək, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbriklərini çatdırdılar.

Şərhlər

XƏBƏR LENTİ