SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabiq polis mayoruna bəraət verildi

Sabiq polis mayoruna bəraət verildi

Tarix:

15-03-2017, 15:00

/ 1 585 dəfə oxundu.
Sabiq polis mayoruna bəraət verildi

Apelyasiya Məhkəməsi sabiq polis mayoruna bəraət verib.

xalqxeber.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. O, bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi:

“O vaxt Ənvər Seyidov mənə bildirmişdi ki, hökmümü heç kim ləğv edə bilməz. Qeyd edilən qərara apelyasiya şikayəti verdim və bu gün Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verdi. N.Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılıb. Bayramqabağı bu ailəyə bəxş etdiyim sevincə görə çox xoşbəxtdəm”.

Şərhlər

XƏBƏR LENTİ