SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda polis rəisinə məxsus avtobusun sürücüləri qayda-qanun tanımır–VİDEO

Bakıda polis rəisinə məxsus avtobusun sürücüləri qayda-qanun tanımır–VİDEO

Tarix:

10-03-2017, 13:10

/ 2 159 dəfə oxundu.
Bakıda polis rəisinə məxsus avtobusun sürücüləri qayda-qanun tanımır–VİDEO

Bakıda polis bölmələrindən birinin rəisinə məxsus olduğu deyilən “Çinar M-trans” şirkətinin avtobuslarını idarə edən sürücülərin qayda-qanun tanımadığı çoxlarına məlumdur. 88 nömrəli marşrutun timsalında bunu bilmək elə də çətin deyil. Bu dəfə isə 4 nömrəli marşrut üzrə hərəkət edən avtus sürücüsü kameramıza tuş gəlib.
Martın 6-da, saat 18.11 radələrində Üzeyir Hacıbəyov küçəsindən Puşkin küçəsinə dönən sürücü qəflətən qarşısında “boz ayı” görüb. Avtobusun sükanı arxasında əyləşən həmin “boz ayı” qabaqdangəlmişlik edərək işıqları yandırıb-söndürüb ki, yol ver. Lakin arxada 7-8 avtomobil olduğu üçün “boz ayı”ya yol vermək mümkün olmayıb. Nəticədə təxminən 2 dəqiqəyə yaxın müddətdə həmin 7-8 avtomobilin sürücüsü 99 JK 296 dövlət nömrəli avtobusun öz yoluna qayıtmasını gözləyiblər.Buna görə də, həmin ərazidə sixlıq yaranıb. Sürücü bildirir ki, düzünə hərəkət edib 28 May küçəsinə yaxınlaşan zaman 4 nömrəli xətt üzrə hərəkət edən daha bir avtobusun qarşı yola çıxaraq qəza şəraiti yaratdığının şahidi olub.Təqdim olunan videoda hər şey aydın görünür. Və bundan əvvəl də yayılan videolar onu deməyə əsas verir ki, “Çinar M-trans” şirkəti tez-tez avtobusları dəyişərək yenisi ilə əvəz etsə də, bu avtobusları idarə edən sürücülərinin əksəriyyətinin beynini və düşüncəsini dəyişə bilməyib. Onların ən çox qayda pozuntuları yolayrıcını keçmə qaydaları və qarşı yola çıxmaqdır. Bəzən svetoforu da saymırlar.

Avtosfer

Şərhlər

XƏBƏR LENTİ