SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun gizli planı məmurları üz-üzə qoyub

Cavid Qurbanovun gizli planı məmurları üz-üzə qoyub

Tarix:

6-03-2017, 10:34

/ 1 590 dəfə oxundu.
Cavid Qurbanovun gizli planı məmurları üz-üzə qoyub

"Azəravtoyol” ASC-nin şair Mikayıl Müşfiqin Bakıdakı abidəsini (Statistika dairəsi) özbaşına götürməsinə görə yaranmış qalmaqal böyüyür.

Qeyd edək ki, "Azəravtoyol”un bu əməlinə ölkə başçısı İlham Əliyev də qarışmalı oldu. Prezidentin köməkçisi Əli Həsənovun məlum açıqlamasından sonra isə "Azəravtoyol” bu işə məsul olan bir neçə əməkdaşı cəzalandırdı.

"Azəravtoyol”dan bildirildi ki, kobud şəkildə qanun pozuntusuna yol verdiklərinə görə MMC-nin iş icraçısı Ramiz Tapdıq oğlu Rəhimov tutduğu vəzifədən azad edilib. Həmçinin müəyyən edilib ki, "8 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələri yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən də MMC-nin direktoru Əliheybət Balakişi oğlu Şirinova xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Yuris Xələf oğlu Hüseynova töhmət verilib.

Amma adıçəkilən şəxslər "Azəravtoyol”la əməkdaşlıq edən podratçı şirkətlərin nümayəndələridir. Yəni ASC-dən heç kim cəzalandırlmayıb, üstəlik, faktla bağlı cinayət işi açılmayıb.

Bu arada, adıçəkilən MMC-nin direktoru Əliheybət Şirinov maliyyə naziri Samir Şərifovun yaxın adamıdır. Yəni onun himayəsi ilə dövlətin böyük layihələrindən pay alır. "Nazir Samir Şərifovun sayəsində Əliheybət Şirinovun əl-qolu hər tərəfə uzanıb. Hətta Maliyyə Nazirliyinə məxsus binanın təmirini də bu şəxs həyata keçirib”,-deyə məlumatda bildirilir.

Məlumata görə, Samir Şərifovun dəstəyi ilə Əliheybət Şirinovun şirkəti "Qaçqınkom”un da sifarişlərini həyata keçirib. Yəni, bu şəxs hər zaman önəmli və böyük layihələr icra edir: "O, maliyyə naziri tərəfindən himayə olunduğu üçün özünü həddindən artıq rahat hiss edib. Elə bu rahatlıqla da Mikayıl Müşfiqin abidəsinin sökülməsinə qərar verib. Məsələnin böyüməsi onu hədəfə çevirsə də, Samir Şərifovun dəstəyi ilə bu prosesdən daha az zərərlə çıxa bilib”.

Belə bir gərgin vaxtda "Azəravtoyol” ASC-nin "Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdiriləcəyi xəbəri isə abidə qalmaqalının məmurlar arasındakı qrup savaşını yenidən gündəmə gətirib.

Məlumata görə, birləşdirmə xəbərinin "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun himayəsində olduğu iddia edilən saytlarda yer alması təsadüfi olmayıb. Görünür, nəqliyyat naziri Ziya Məmmədovun süqutundan sonra Cavid Qurbanov yol təsərrüfatında super gücə çevrilmək istəyir. Hətta bu məqsədinə nail olmaq üçün çox ustalıqla irəliləyir.

Məlumatda qeyd edilir ki, artıq Gürcüstan, Türkiyə və digər ölkələrin rəsmi şəxsləri ilə isti münasibətlər quran C.Qurbanov hakimiyyət düşərgəsində də mövqelərini möhkəmləndirir. Məhz bu üstünlüklərinə güvənən C.Qurbanov struktur islahatı çərçivəsində "Azəravtoyol”u da nəzarətinə keçirməklə, daha böyük planına doğru addım atır. İddia edilir ki, Cavid Qurbanov bu planını reallaşdırmaqla həm də

"Azəravtoyol”un rəhbəri Saleh Məmmədovla illər əvvəl aralarında yaranan narazılığın qisasını almaq istəyir.

Mənbəmiz bildirib ki, S.Məmmədov vaxtı ilə C.Qurbanovun tabeliyində işləyib. C.Qurbanov isə onu bir neçə dəfə işdən uzaqlaşdırmaq istəyib. Lakin onun bu cəhdlərinin qarşısı nəqliyyat naziri Ziya Məmmədov tərəfindən alınıb. Həmin dövrlərdə S.Məmmədov da boş dayanmayıb. O da hakimiyyətdəki bəzi qüvvələrlə münasibətlər quraraq, C.Qurbanovla "döyüşüb”.

Məlumatlı şəxs deyir ki, hazırkı dönəmdə "Azəravtoyol”un "Dəmiryolu”na birləşdirilməsi praktik baxımından mümkün olsa da, hakim komandadakı durum bir qədər fərqlidir. Bu isə C.Qurbanovun istəyinə asanlıqla çatmasına mane ola bilər.

reyting

Şərhlər

XƏBƏR LENTİ